Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub 

Türkiyənin İstanbul Hava Limanı gündəlik 979 uçuş həyata keçirməklə Avropada zirvədə qərarlaşıb.

“Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının yaydığı hesabatda qeyd edilib.

Hesabatda bildirilir ki, hava limanından gündəlik olaraq ən çox uçuş həyata keçirən “Türk Hava Yolları” şirkəti olub. “Türk Hava Yolları” hava limanından gündəlik 808 uçuş həyata keçirib. Qeyd edilib ki, sözügedən hava limanında sərnişin axını bu il 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 % artıb, lakin, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 23 % azalıb.

İstanbul Hava Limanınından ən çox uçuş həyata keçirilən yer isə Antalya olub.

Xatırladaq ki, İstanbul Hava Limanı 2018-ci ildən fəaliyyət göstərir.

pia.az 


Etiket: Hava limanı


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib?

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Ən çox oxunanalar