Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailli professor: "Omikron ştamı sayəsində xəstəxanalar boşalacaq"

Omikron ştamının yayılması nə qədər təəccüblü olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər.

“Mənə görə, yeni ştam tunelin sonundakı işıq ola bilər”.

APA-nın xəbərinə görə, bunu israilli immunoloq Zvika Qranot “i24News”a müsahibəsi zamanı deyib.

Professorun fikrincə, yeni ştam daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir.

Afrika və Avropa ölkələrindəki tədqiqatları təhlil edən Qranot bildirib ki, Omikron ştamına yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi olmur. Ümumi planda koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək. Bununla yanaşı, o hazırda geniş yayılmış Delta variantını üstələyəcək.

Alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində o, pandemiyaya çevrilə bilməyəcək. Bununla da, səhiyyə sistemlərinin yükü əhəmiyyətli dərəcədə azalacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar