İsrailin müdafiə naziri Benny Gantz və İsrailin Mossad kəşfiyyatının rəhbəri David Barnea gələn həftə İranın uranın zənginləşdirilməsində irəliləyişini dayandırmaq üçün tədbirləri müzakirə etmək üçün Vaşinqtona səfər edəcəklər.
APA TASS-a istinadla bildirir ki, bu barədə Baş nazir Naftali Bennet yəhudi dövlətinin Nazirlər Kabinetinin həftəlik iclasında bəyanatla çıxışı zamanı məlumat verib.
O deyib ki, yaxın günlərdə müdafiə naziri və Mossad direktoru bu məsələni (İranın nüvə proqramı) müzakirə etmək üçün Vaşinqtona səfər edəcək:
“Məqsədimiz Vyana danışıqlarının raundları arasında fürsət pəncərəsindən istifadə edərək ABŞ-dakı dostlarımıza məlumat verməkdir. İranın uranın zənginləşdirilməsində sürətlə irəliləməsinə qarşı başqa vasitələrdən istifadə etməyin vaxtıdır. İran öz pozuntularının əvəzini ödəməyə başlamalıdır".
pia.az