Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin dəyirmanına su tökən ayətullahlar və getdikcə daralan müdafiə cizgisi

İsrail Baş naziri Naftali Bennett BMT Baş Assambleyasında çıxış etdikdən sonra Nyu -Yorkda ərəb körfəz ölkələrinin rəsmiləri ilə görüşəcək.

Ovqat.com xəbər verir ki, məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi Telegram səhifəsi yayıb.

Bennettin körfəz ölkələri liderləri ilə görüşməsinin İranda narahatlıq doğurması təsadüfi deyil. Bildiyimiz kimi, körfəz ölkələri İranla İsrail arasında yerləşir. İranın “Şiə hilalı” adlandırılan Yaxın Şərqə yayılma strategiyasının əhatə etdiyi ərazilər də elə bu coğrafiyadır. Bu bölgədə yerləşən ölkələrin demək olar, hamısında önəmli sayda şiə toplumu yaşayır və İran onlardan istifadə edərək regiondakı təsir dairəsini genişləndirməyə çalışır. Hətta Bəhreyndə əhalinin 70%-dən çoxunu şiələr təşkil edir ki, körfəzdə ən zəif həlqə bu ölkə sayılır.

Bütün bunlara baxmayaraq, Bəhreyn də başda olmaqla bütün körfəz ölkələrində hakimiyyət sünni kralların əlindədir və onlar İranın qorxusundan özlərinə hami axtarırlar. İsrail də körfəz ölkələrindəki bu vəziyyətdən faydalanıb regionun İranın əlinə keçməməsi üçün bəzi addımlar atmaq, özünün hərbi bazalarını həmin cırtdan dövlətlərində yerləşdirmək istəyir.

Körfəz ölkələri cırtdan olmalarına baxmayaraq, çox zəngindirlər. Dünya neft və qaz ehtiyatlarının 40%-ə yaxını bu bölgədə yerləşir. Neft və qaz hasilatından əldə olunan gəlirlər körfəz ölkələrini həm də dünyanın əsas maliyyə bazasına çevirib. Bir sözlə, yeri gələndə İsrailin istənilən silahını almaq qüdrətinə də malikdirlər.

Son zamanlara qədər körfəz ölkələri ilə İsrail arasında heç bir diplomatik və iqtisadi əlaqə mövcud deyildi. Səbəb Fələstin məsələsi idi. Amma artıq 1 ilə yaxındır ki, İsrail körfəz ölkələri ilə əməkdaşlıq əlaqələri qurmağa başlayıb. Ötən ilin ikinci yarısında bu istiqamətdə ilk addımı da, səhv etmirəmsə, Bəhreyn atmışdı – “Şiə hilalı” qarşısında ən zəif həlqə. Ardınca BƏƏ və Səudiyyə Ərəbistanı da bu təşəbbüsə qoşuldu.

Ölkə xalqlarının bu təşəbbüsə sərt təpki göstərəcəyindən ehtiyatlanan körfəz kralları İsraillə qurduqları əlaqələri bacardıqları qədər gizli tutmağa üstünlük verirdilər. SEPAH-ın iddialarına inansaq, indi onların bu qayğıları da yoxdur, hətta BMT-nin Baş Assambleyasında bütün dünyanın gözü qarşısında məlum addımı atmağa hazırlaşırlar. Sözsüz ki, körfəz krallıqlarının bu qərarı verməsi o qədər də asan başa gəlməyib. Ərəb xalqının Fələstin məsələsi ilə bağlı həssasiyyəti körfəz krallarının ciddi riski gözə aldıqlarını göstərir.

Bir daha xatırlatmaq istərdim ki, körfəz liderlərinin öz xalqları tərəfindən birmənalı qarşılanmayacaq bu addımları İran xofundan irəli gəlir və yəqin ki, bundan sonra həmin ölkələrdə İsrail hərbi bazalarının artması ilə genişlənəcək. Artıq bu istiqamətdə mühüm addımlar da atılıb. BƏƏ-də İsrail texnologiyası ilə qurulan hərbi baza artıq fəaliyyət keçib. Məlumata görə, yerin 350 metr dərinliyində qurulan bu hərbi bazaya ən müasir raketlərin belə çatması mümkün deyil. Böyük ehtimalla, digər ölkələrdə də yağışdan sonra çıxmış göbələklər kimi bu hərbi bazaların da sayı durmadan artacaq. Nəticədə İsrail hərbi-sənaye kompleksi özünə yeni və zəngin müştərilər taparaq daha da gücələnəcək, İran isə daha çox İsrail hərbi bazalarının əhatəsinə düşəcək.

İsrailin körfəz ölkələri ilə münasibətlərini yaxınlaşdırmasını yalnız onların puluna göz tikməsi ilə məhdudlaşdırmaq da sadəlövhluk olardı. Körfəzin yeni silahlarla təchiz olunması həm də Tel-əvivin təhlükəsizlik strategiyası ilə bağlıdır. Çünki İranın mənzili 3 min km-ə çatan çox sayda silahı var və bu silahlar birbaşa İsraili hədəf alır. İsrail isə yalnız öz ölkəsində qurduğu “Dəmir Qübbə” ilə bu raket hücumlarının qarşısını ala bilməz. Son zamanlar Fələstindən İsrailə raket hücumlarında “Dəmir Qübbə”nin yarılması Tel-əvivə əməlli-başlı dərs oldu. Sübut olundu ki, “Dəmir Qübbə”lər yalnız seyrək atışlarda təsirli ola bilirlər. Əgər atışlar intensiv xarakter alarsa, həmin raket zərbələrinin “Dəmir Qübbə”dən yayınan qismi bu ölkəni ciddi təhlükə altına qoya bilər. İsraillə körfəz ölkələri arasında münasibətlərin məhz bu tarixi dərsdən sonra yaxşılaşması təsadüfi sayılmamalıdır. Çünki bu yaxınlaşma İsrailin müdafiə gücünün etibarlılığını artırır. Necə? Gəlin bu suala cavabı başqa bir sualın içərisində axtaraq.

İranın intensiv raket atışlarına qarşı İsrailin ən yaxşı müdafiə sistemi nə ola bilər? - Əlbəttə ki, raketlərin trayektoriyaları üzərindəki müdafiə sədlərini artırmaq və ən yaxşısı, bu sədləri özündən uzaq məsafələrə çəkmək. Körfəz ölkələrində qurulması gözlənilən həmin müdafiə sədləri İsrail üçün bir neçə qatlı özünüqoruma xəttinə çevrilə bilər.

Qısası, İranın “Şiə hilalı” strategiyası indi öz əleyhinə işləyir və cəbhə xəttini onun sərhədlərinə doğru yaxınlaşdırır.

Bəs cənub qonşumuzun getdikcə daralan təhlükəsizlik sahəsi problemindən xilas olmasının yolu nədir?

Bizcə, belə bir vəziyyətdə İran üçün ən doğru yol, ətraf qonşularına məzhəbçi yanaşmadan imtina etməkdir. Bu isə İran İslam İnqilabı prinsiplərinə tamamilə yaddır. İranda isə inqilab prinsiplərini əldə rəhbər tutan ən mühafizəkar hökumət qurulub. Üstəlik, Amili, Hafiz Niya, Ali Haşim kimi burnunun ucundan o tərəfi görə bilməyən ayətullahlar bizi də zorla körfəz ölkələri ilə eyni cərgədə dayanmağa sürükləyirlər. Beləcə, ən yaxşı ehtimalla, özləri də bilmədən İsrailin dəyirmanına su tökürlər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar