Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İsraili cəsarətləndirən mənzərə və motivasiya nələri əhatə edir?

Bu günkü mənzərə qarşısında İslam ölkələri İsraiıə nə edə bilərlər? Qınama mesajlarını nəzərə almasaq, əslində heç bir şey edə bilməzlər. Beynəlxalq mexanizmləri səfərbər edə biləcək birlik və motivasiyadan hələ də uzaqdırlar...

Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 16 may 2021-ci il

İsrail Qəzzanı vurmağa davam edir. Yüzlərlə insan ölsə də, bu hücumlar özünümüdafiə hüququ kimi təqdim olunur. Reallıq isə budur ki, ABŞ İsrailə hər il 3.8 milyard dollar hərbi dəstək verir. ABŞ Nümayəndələr Palatasının müsəlman millət vəkili İlhan Ömər bildirib ki, “Bu hücum ABŞ dövləti tərəfindən maliyyələşdirilən və dəstəklənən bir dövlətin başqa bir dövlətin xalqına qarşı həyata keçirdiyi hərbi işğaldır”.

Bəs bu mənzərə qarşısında İslam ölkələri İsraiıə nə edə bilərlər? Qınama mesajlarını nəzərə almasaq, əslində heç bir şey edə bilməzlər. Beynəlxalq mexanizmləri səfərbər edə biləcək birlik və motivasiyadan hələ də uzaqdırlar. Görünür, Türkiyədən başqa bunu davam etdirmək və həyata keçirmək istəyən bir ölkə yoxdur.

Ərəb Birliyini təşkil edən ölkələrin İsraillə əldə etdikləri razılaşma nəticəsində bu psixoloji həddi artıq aşdıqlarını daha əvvəl bildirmişdim. İllər əvvəl Məscidül-Əqsaya od vurulan zaman İsrail baş naziri G. Meirin aşağıdakı sözlərini xatırlayıram: “O gecə səhərə qədər qorxudan yata bilmədim. Elə bilirdim ki, müsəlmanlar hər tərəfdən İsrailə girəcəklər. Lakin bu baş vermədi. Məhz həmin vaxt başa düşdüm ki, biz istədiyimizi edə bilərik, çünki ümmət yuxuda olan bir ümmətdir”.

Bu məqamda Prof. Dr. Erol Güngörün “İslamın bu günkü məsələləri” adlı əsərinin bir hissəsini bölüşmək istəyirəm. Güngör İslam dünyasının bir növ maddi və mənəvi əsirlikdə olmasından danışarkən bunu aşağıdakı səbəblərlə əlaqələndirir.

Birincisi, bu idarələrin İslamdan ayrılmasıdır. Əgər belə olmasaydı, İslam birlik və qardaşlığı əmr etdiyi halda, bir-birlərinin quyusunu qazmazdılar. İslam elmə təşviq etdiyi halda, cahilliyin məngənəsində qalmazdılar. İslam sadəliyi diktə etdiyi halda, dəbdəbə və təmtəraq içində boğulmazdılar. Ən əsası isə müsəlmanlara ədalət əmr edildiyi halda, bu ölkələrə rəhbərlik edənlər zülmə ortaq olmazdılar.

İkinci səbəb isə hazırkı müsəlman ölkələrinin heç birinin digərlərini güclü həmrəyliyə qovuşdurmasının mümkün olmamasıdır. Heç bir İslam ölkəsi qarşısında heyran olduğu və nümunə götürəcəyi bir dövlət görə bilmir. Bu zəiflik və bölünmə onları özlərindən başqa qurulmuş siyasətləri qəbul etməyə məcbur edir. Yaxınlaşmaq əvəzinə, hətta düşmənçiliyi artırır.

Üçüncüsü də İslam dünyası arasındakı birlik ərəb millətçiliyindən geri qalır və dünyadakı müsəlmanların ortaq bir zəmində görüşməsinin qarşısı alınır. Buradakı ən böyük maneə rəhbərlikdəki dominant qruplar və elitalardır. Nikbin qiymətləndirmə ilə İslam dünyasının yarısından çoxunun monarxik bir idarəetmə sistemi və oliqarxik hakim cəmiyyət tərəfindən idarə olunduğu görülür. Bu kadrlar ölkələrindəki, demək olar ki, bütün mənbələrə nəzarət edirlər. Güngör bu məsələdə Türkiyəni demokratik bir ölkə sayır və buradan gələn təkliflərin də yuxarıda qeyd olunan qrupu qorxutduğunu vurğulayır. Əlbəttə ki, bu kitabın ilk dəfə 1981-ci ildə nəşr olunduğunu da qeyd etmək lazımdır.

Güngörün təsvirləri hələ də aktualdır və problem bu vəziyyət qarşısında daha da kəskinləşir. Və ən əsası isə Türkiyənin öz varlığı və respublikanın qazancları ilə formalaşan misilsiz mövqeyini qoruması İslam dünyası üçün də vacibdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İsrail Netanyahu

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar