Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya - Fotolar

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Hayfa şəhərindəki Yunesko meydanında aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət çəkmək, Ermənistanın müharibə cinayətlərini hələ də davam etdirməsinə etiraz bildirmək olub.

Azərbaycan və İsrail bayraqları ilə aksiyaya qatılan təşkilat üzvləri Ermənistanın mina cinayətləri, eləcə də həlak olan media təmsilçilərinin fotoları əks olunan plakatlar nümayiş etdirib, Ermənistanın müharibə cinayətlərinə son qoyması üçün çağırışlar ediblər. Plakatlarda “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Erməni terroruna son”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir” şüarları əks olunub.

Aksiyada yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib, işğalçı dövlətin cinayətkar əməllərinə göz yummamaları üçün beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rəşad Mahmudov Eldəniz Səlimov barədə: "...sizi tanıdığıma çox şadam"

Deputatdan Milli Məclisin buraxılacağı barədə açıqlama

Avqust ayında bu bürclər üçün "göydən pul yağacaq"

"Onun yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm"

Yüksək təzyiq və qan dövranı üçün 1 manatlıq müalicə 

Jirinovski bu dəfə İlham Əliyevi müdrik rəhbər adlandırdı

Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Türkiyədə meşələri PKK ilə əlaqəli marksist kürd terrorçuları yandırıb

Jirinovskidən əcaib sözlər - Niyə mənimlə Putinin adı eyni olmalıdır? 

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Ən çox oxunanalar