Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail risk qrupuna aid insanlar üçün dördüncü vaksin dozasını təsdiqləyib

İsrailin Səhiyyə Nazirliyi əlavə xəstəlikləri olan və risk qrupuna daxil edilən 18 yaşdan yuxarı insanlar üçün peyvəndin dördüncü dozasını təsdiqləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qərar 60 yaşdan yuxarı insanlar üçün vaksinin dördüncü dozasının faydası, onun üçüncü doza ilə müqayisədə infeksiyaya qarşı immuniteti iki dəfə artırdığı, xəstəliyin ağır keçirilməsi riskini isə üç-beş dəfə azaltdığı barədə məlumatlar nəzərə alınaraq qəbul edilib. Vaksinin dördüncü dozası yalnız üçüncü dozadan dörd ay sonra vurula bilər, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, İsraildə 2020-ci il dekabrın 20-dən koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına start verilib. 2021-ci il iyulun sonlarından vətəndaşlara peyvəndin üçüncü dozası, 2022-ci ilin yanvar ayının əvvəlindən isə 60 yaşdan yuxarı şəxslərə, tibb işçilərinə və risk qrupuna daxil olan pasientlərə peyvəndin dördüncü dozası vurulmağa başlanıb.

İsrailSəhiyyə Nazirliyinin məlumatına görə, indiyə qədər ölkədə yaşayan 9,3 milyon vətəndaşdan 6,68 milyonuna bir doza, 6,07 milyonuna iki doza, 4,43 milyonuna üç doza, 611 mininə isə dörd doza peyvənd vurulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar