srailin Müdafiə Qüvvələri və Xarici İşlər Nazirliyi xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirib.
APA-nın xəbərinə görə, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus bildirib ki, əməliyyatımızın əsasında Qəzzadan atılan kütləvi raket bombardımanına qarşı mülki vətəndaşlarımızı qorumaq, müdafiə etmək dayanır: “Son 45 saat ərzində Qəzza ərazisindən 1050 raket İsrail ərazisi istiqamətində atılıb. Bu raketlərin 250-300-ü İsrail sərhədini keçməyib və Qəzza ərazisinə düşüb ki, bu da fələstinli mülki əhali arasında tələfata səbəb olub. "Həmas" və "İslamçı Cihad" özlərinin səbəb olduğu mülki fələstinli ölümlərinə görə də İsraili günahlandırır”.
pia.az