Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail-Fələstin münaqişəsinin yeni dalğası ABŞ siyasi mühitində necə qarşılanır?

Ərəb Amerika İnstitutunun rəhbəri: “40 ildir ki, bu işin içindəyəm, ancaq fələstinlilərin hüquqlarına bu dərəcə dəstək verildiyini və status-kvonun bu dərəcə tənqid edildiyini heç görməmişdim”...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 may 2021-ci il

73 ildir Təl-Əvivi və İsrailin digər şəhərlərini qoruyan hava hücumu müdafiə sistemi olan “Dəmir Günbəz”ə ciddi şəkildə ziyan dəyib. Hətta çökəcəyini də deyə bilərik. 73 ildir fələstinliləri uşaqdan böyüyə qədər qətlə yetirən sionist qatillər ordusuna qarşı isə bu dəfə Həmas hərəkatının silahlı qanadı olan İzzəddin Əl-Qəssam briqadaları və İslami Cihad Qəzza zolağı üzərindən, xüsusən Təl-Əviv yaxınlığındakı 10 yaşayış məntəqəsini hədəf alan raket hücumlarına başlayıb. Uşaq qatili olan israilli yüksək səviyyəli rəhbərlər böyük qorxu və narahatlıq içində olduqları üçün təxminən 1 milyon İsrail sivili daha çox qorunan ərazilərə yerləşdiriblər.

Təl-Əvivin birbaşa hədəf alınması İsrailin on illərdir öyündüyü Hava Müdafiə Sistemi “Dəmir Günbəz”in etibarlılığını da şübhə altına almış kimi görünür. Üstəlik, Fələstin mübarizə qruplarının yeni təkmilləşdirilən 220 km mənzilli raketlərlə meydana çıxması İsrailin bütün bölgələri ilə açıq bir təhlükəsizlik zəifliyi və təhdidlə üzləşdiyini ortaya qoyur. İsrailin müdafiə gücünün çökməsi də böyük bir məğlubiyyət deməkdir.

İsrailin müdafiə gücünün çökməsi onun təhlükəsizlik baxımından ən zəif tərəfini ortaya çıxardı

Təl-Əvivin bombalanmasının Fələstin-İsrail qarşıdurmasında mühüm bir hadisə olduğunu iddia edən iraqlı akademik Liqa Mekki: “Mövcud müharibənin nəticəsi nə olursa olsun, görünməmiş yeni bir geri çəkmə mühiti yaratdı”, deyə qeyd edir. Həmçinin: “İsrailin Qəzzanı bombalaması qələbəyə yox, məhvə səbəb olacaq. İsrail öz müdafiə gücünün çökməsi ilə məğlub oldu”, iddiasına da yer verib. Həqiqətən də, Qəzzadan Təl-Əvivə atılan raketlərin “bir anda həyata keçirilmiş ən böyük bombardman” sayıla biləcəyini deyən bəzi ekspert rəylərinə əsasən, bu vəziyyət uçuşların dayandırılmasına, həyatın iflic olmasına, xəsarətlərə və maddi itkilərə səbəb olub.

Fələstinli qiyamçıların bir anda həyata keçirdiyi bu kütləvi bombardmanla ən güclü hərbi arsenallardan birinə sahib olan, nüvə silahlarına malik olan və digər ölkələrə silah ixrac edən İsrailin təhlükəsizlik baxımından kövrəkliyinin ortaya çıxması və iki ölkə arasında bir balans yaradılmalı olduğu vurğulanıb. Həmasın atdığı raketlərin “Dəmir Qübbə Müdafiə Sistemi”nin uğursuzluğunu ortaya qoyduğu yeni nəsil raketlərə və silahlara qarşı, İsrailin bu köhnəlmiş hava hücumundan müdafiə sisteminə artıq tab gətirməsinin mümkün olmadığı da əlavə edilib.

Prezident Co Bayden İsrail baş naziri Bünyamin Netanyahu ilə telefon danışığında İsrailin özünümüdafiə haqqına sarsılmaz dəstək verdiyini bildirməsi ABŞ-ın fələstinlilərə qarşı etdiyi bir sionist həmrəyliyidir. Bununla birlikdə, Baydenin uşaq və qadın qatili Bünyamin Netanyahuya dediyi “İsrail özünümüdafiə hüququndan istifadə edir” sözləri Demokratlar Partiyasını belə qarışdırıb. Bir çox demokrat Baydenin açıqlamasını tənqid edərkən, ABŞ mətbuatı bu vəziyyətin partiyanın içərisində İsraillə bağlı uçurumu daha da dərinləşdirəcəyini bildirib.

Heç bir uşaq göydən ölüm yağacağından narahat olmalı deyil

Fələstin əsilli Konqres üzvü Raşida Tlayib prezident Co Bayden, xarici işlər naziri Entoni Blinken və müdafiə naziri Loyd Ostin və partiya liderlərinin açıqlamalarının fələstinlilərə işarə etmədiyini vurğulayaraq sözügedən açıqlamalarda evlərindən çıxarılanlar, tutulanlar və ibadət yerlərinə atılan gözyaşardıcı bombalara əhəmiyyət verilmədiyini önə sürüb. Fələstin xalqının illərdir insanlıqdan kənar davranışlara məruz qaldığını vurğulayan Tlayib “irqçi rəhbərliyə”, fələstinlilərin uşaqlarını itirmək qorxusu altında yaşamalarına, müddətsiz həbslərə, ölümlərə və İsrail qanunlarına əsasən, fələstinlilərə qarşı tətbiq olunan bərabərsizliklərə son qoyulmalı olduğunu qeyd edib.

Bəzi ABŞ siyasətçilərinin fələstinlilərə qarşı ayrıseçkilik və irqçi tətbiqləri qəbul etməməsinə toxunan Tlayib əlavə edir: “Mənim babalarım və Fələstindəki ailəm öz tarixlərini maneəsiz şəkildə dünyaya çatdırmağa layiqdirlər. Əzab çəkdiklərini, mülklərinin əlindən alındığını, dünyanın gözü qarşısında heç bir şey etmədikləri halda öldürüldüklərini demək hüquqları var”.

Demokrat millət vəkili Okazio-Kortez isə: “Şərqi Qüdsün Şeyx Cərrah Məhəlləsində yaşayan fələstinlilərin yanındayıq. İsrail qüvvələri Ramazan ayında ailələri çölə atır və və onlara qarşı zorakılıq edir. Bu qeyri-insani bir vəziyyətdir və ABŞ fələstinlilərin insan haqlarının qorunmasında öz liderliyini göstərməlidir”, deyə qeyd edib. Okazio-Cortez İsrailin hərəkətlərinə reaksiya göstərən tək demokrat millət vəkili deyil. Bir çox gənc millət vəkili partiyanın İsrail tərəfdarı mövqeyini tənqid edərkən, eyni zamanda, Bayden adminstrasiyası və Konqresdəki liderlər üzərində də təzyiqlərini davam etdirirlər.

“Washington Post”a müsahibə verən Ərəb Amerika İnstitutunun rəhbəri Ceyms Zoqbi yeni nəsil demokratların rəhbərlik etdiyi bu dalğanın bu günədək görünməmiş bir hal olduğunu söyləyir. “40 ildir ki, bu işin içindəyəm və fələstinlilərin hüquqlarına bu dərəcə dəstək verildiyini və status-kvonun bu dərəcə tənqid edildiyini heç görməmişdim”, deyən Zoqbi Bayden administrasiyasının bu çəkişmədən qaçmaq istədiyini, lakin bu vəziyyətdə bunun mümkün olmadığını bildirib.

hava-savunma-sisteminin-cokmesi-ile-yenilgiye-ugradi-2058505" target="_blank" rel="noopener">Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar