Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanıldı

İsmayıllı rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Eyyubbəyli kəndi ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 baş qoyunu oğurlayan şəxsin Laçın rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yasin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib.

Aparılan araşdırmalarla Y.Əhmədovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Ən çox oxunanalar