Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda at və uzunqulaq cəsədlərinin qalıqları tapılıb

İsmayıllı rayonunun “Tingçilik” adlanan ərazisində at və uzunqulaq cəsədlərinin qalıqları tapılıb...

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bir müddət öncə də meşə massivində xeyli sayda at və uzunqulaq cəsədi aşkar edilib.

Heyvan qalıqlarının ora necə atılması hələ də məlum deyil.

İddia edilir ki, həmin heyvanların ətləri rayonda mal əti adı ilə insanlara satılıb. Yerli sakinlər belə hala rast gəlmədiklərini deyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"a bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb:

“Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir”.

Hazırda rayonda yararsız ət satılması ilə bağlı iddialar isə keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb. AQTA-nın şöbə müdiri Mansur Piriyev qeyd edib ki, məsələ nəzarətə götürülüb və müvafiq dövlət qurumları ilə birgə araşdırmalara başlanılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar