Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl bəy Qutqaşınlının ev-muzeyi yararsız hala düşüb - Video

Görkəmli ictimai-siyasi xadim, yazıçı, general İsmayıl bəy Qutqaşınlının doğulduğu Qəbələ rayonunda olan ev-muzeyi və qəbirüstü abidəsi baxımsız haldadır...

APA-nın yerli bürosunun xəbərinə görə, İ.Qutqaşınlının 1986-cı ildə yaradılan ev muzeyi artıq görkəmini itirib, bina dağılmaq üzrədir, divarlarda böyük çatlar yaranıb, dam örtüyü dağılıb. Yağışlar zamanı muzeyə su dolduğuna görə, əşyalar yararsız vəziyyətə düşüb. Ev-muzeyinin bir neçə otağında elektrik lampaları yanmır, elektrik xətləri yenidən qurulmalıdır.

Ümumiyyətlə, muzeyin fasadının restavrasiyası, boyanması, eləcə də təmir-bərpa işlərinin aparılmasına ehtiyac var.

Muzeyin direktoru Çimnaz Müzəffərova APA-ya muzeyin tam gücü ilə fəaliyyət göstərdiyini desə də, təmir işlərinin zəruriliyini bildirib. Qeyd olunub ki, muzeydə son təmir işləri 2001-ci ildə aparılıb.

Ev muzeyi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, hər hansı addım atılmayıb.

Bundan başqa, İ.Qutqaşınlının Qəbələdəki məzarüstü abidəsi də ürəkaçan halda deyil. Məzar ətrafında dəmir hasar yoxdur, piltələr yerindən oynayıb, məzar daşını mamır basıb.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar