Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslandiyadakı icmamız İrandakı səfirliyimizə hücumla bağlı beynəlxalq birliyə müraciət edib

İslandiyadakı icmamız Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı dünya ölkələrinə müraciət edib...

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilir ki, Azərbaycan Səfirliyinə edilmiş silahlı hücum İslandiyada yaşayan soydaşlarımızı qəzəbləndirib.

İslandiya-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənib. İranda diplomatik nümayəndəliklərin, eləcə də insanların toxunulmazlığına zəmanətin olmamasına diqqət cəlb edilib.

Soydaşlarımız İslandiya ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsini qınamağa çağırıb. Bəyanatda həmçinin son vaxtlar İranErmənistanın Azərbaycan ərazisində davamlı olaraq törətdiyi qanunsuz əməllərin qarşısının alınması məqsədilə hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməsinin zəruri olduğu bildirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar