Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslahatçı Mehrəlizadə səs yığa bilməyəcəyini görüb seçkidən çəkildi

İranda 18 iyun prezident seçkisinə buraxılmış iki islahatçıdan biri namizədliyini geri götürüb. İran mediası 64 yaşlı keçmiş vitse-prezident Möhsün Mehralızadənin iyunun 16-da, seçki kampaniyasının son günündə namizədliyini geri götürdüyünü yazır. O, seçkiyə buraxılmış iki islahatçıdan biriydi. Prezident Həsən Ruhani iki müddət prezident olduğundan bu dəfə seçkiyə qatıla bilmir.

Mehralızadə seçki marafonundan çəkiləndən sonra cəmi altı namizəd qalır. Seçkini ədliyyənin ultramühafizəkar rəhbəri İbrahim Rəisinin udacağı gözlənir. Ali dini lider Ayətulla Əli Xameneyiyə yaxın sayılan Rəisi namizədlər içində ən şanslı kimi dəyərləndirilir. İbrahim Rəisi uzun illər İranın məhkəmə sisteminə rəhbərlik edib və siyasi baxışlarına görə həbs olunan minlərlə məhbusa edam hökmü çıxarıb.

IRNA dövlət xəbər agentliyinin məlumatına görə, Mehralızadə seçkini keçirən Daxili İşlər Nazirliyinə məktub yazaraq namizədliyini geri götürüb. Mehralızadənin seçki qərargahının sözçüsü iyunun 16-da axşamadək rəsmi bəyanat yayılacağını bildirib. ISPA sorğu institutu Mehralızadənin seçkiöncəsi rəy sorğularında geri qaldığını üzə çıxarıb. Bu rəy sorğularına görə, onun bir faizdən də az səs yığacağı gözlənir.

Mehralızadənin geri çəkilməsi islahatçı hesab olunan digər namizədin – mərkəzi bankın keçmiş sədri, 66 yaşlı Əbdülnasir Hümmətinin şanslarını artıra bilər. Rəy sorğuları seçici fəallığının 2020-ci ilin fevralında parlament seçkilərindəki 57 faizdən də az ola biləcəyini göstərib. Çoxu mötədil və islahatçı olmaqla minlərlə namizəd seçkiyə buraxılmayıb. İranda prezidenti seçkisi Tehranın dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltməyi hədəfləyən danışıqlarla eyni vaxta düşür. Ölkədə sanksiyaların səbəb olduğu ağır iqtisadi və sosial böhrandan xalq narazılığı da güclüdür. Seçici apatiyasına koronavirus pandemiyasının da təsir göstərdiyi bildirilir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar