Çərşənbə axşamı, 28 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İşğaldan azad olunan Ağdamda yeni talan – Məmur köhnə artezian quyularının borularını hara daşıyır…

Ağdamlı məmur işğaldan azad olunmuş kəndlərdən köhnə artezian quyularının borularını çıxararaq naməlum istiqamətə daşıyır…

Xatıqlayırsınızsa bu ilin mart ayının 3-də Ağdamın işğaldan azad olunmuş Novruzlu kəndində Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafis Əzimzadə piyada əleyhinə minaya düşmüşdü. Həmin hadisədən sonra isə hadisənin araşdırılması ilə bağlı Ağdam rayon prokurorluğu tədqiqqata başlaması ilə bağlı açıqlama yaymışdı. Bəs Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafis Əzimzadə bilərəkdən həyatını təhlükəyə ataraq mibalanmış ərazilərə niyə getmişdi.

Əvvala qeyd edək ki, hadisənin baş verdiyi Novruzlu kəndi Hafis Əzimzadənin ata-baba yurdu olub. Lakin bu kənd Hafis Əzimzadənin getdiyi yeganə kənd olmayıb. AzMediainfo.org saytına bu barədə daxil olan məlumatda bildirilir ki, Hafis Əzimzadə hadisədən əvvəl bir çox kəndlərdə olub. Özü də tək deyil, rəhbərlik etdiyi idarənin işçiləri də onunla olublar. Onların məqsədi isə sovet dönəmində Ağdam kəndlərinin su təchizatını həyata keçirən artezian quyuların borularını çıxarmaq və ərazidən daşımaq olub.

Mənbə qeyd edib ki, həmin boruların bir qismini ermənilər tapıb çıxarsalar da, artezian quyularından gedən kəmərlərin yerlərini bilmədikləri üçün boruların böyük qismi hələ də torpağın altındadır. Bu boruların qiymətli metaldan olduğuna (su borularının çürüməməsi üçün kəmərlərin çəkilişində əsasən “nerjavik və qismən aliminium borulardan istifadə olunub) diqqət çəkən mənbə qeyd edib ki, Ağdam rayon Mexaniki Suvarma İdarəsində kəmərlərin xəritəsi olduğu üçün Hafiz Əzimzadə tez bir zamanda həmin boruları çıxarıb satmağa qərar verib və belə “əməliyatlardan” birində bədbəxt hadisə baş verib.

Xoşbəxtlikdən Hafiz Əzimzadə sağ ayağından yaralanmaqla minadan sağ-salamat qurtula bilib. Lakin rəsmi məlumatda iddia olunduğu kimi, Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olarkan deyil, həmin quyuların borularını şıxararkən minaya düşüb. Hər halda həmin kəndlər hələ də minadan təmizlənmədiyinə və sakinlərin geri dönüşü üçün bərpa işlərinə başlanmadığına görə Hafiz Əzimzadənin ordakı quyuları bərpa etməyə çalışması iddiası da absurd görünür.

Hafiz Əzimzadə

Bizim bu mövzuya toxunmağımızın səbəbi isə odur ki, hazırda Ağdamın kəndlərini su ilə təmin edən köhnə kəmərlər sökülərək daşınır. Hansı istiqamətə və haraya daşındığını isə bir neçə adam, o cümlədən Hafiz Əzimzadə bilir. Mənbə bildirib ki, Hafiz Əzimzadə xəstəxanada yatdığı dövrdə belə onun adamları həyatlarını təhlükəyə ataraq boruları çıxarmaqda davam ediblər. İndi isə xəstəxanadan çıxan Hafiz Əzimzadə bu işlərə birbaşa rəhbərlik edir.

Qeyd edək ki, Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin adı “MTN” işində hallanıb. Yerli mətbuatın yazdığına görə Hafiz Əzimzadə bir müddət əvvəl həbsxanadan çıxan general Akif Çovdarovun kirvəsidir və onunla əlbir bir çox “qara işləri” həyata keçirən şəxsdir. İnternet resurslardakı məlumatlarda bildirilir ki, Akif Çovdarova arxayın olan Hafiz Əzimzadənin Ağdamda əsas gəlirli sahələri ələ keçirdib.

Akif Çovdarov

Rayonda heç kimin, hətta icra başçısının belə, onun bir sözünü iki edə bilmədiyi qeyd olunur. Məhz Akif Çovdarovun köməkliyi ilə 2015-ci il fevral ayından rayondakı Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının İstismar İdarəsinin birləşməsindən yaranan Mexaniki Suvarma İdarəsinə rəis gətirilən Hafiz Əzimzadə eyni zamanda Ağdamın əsas iş adamı olaraq bilinir. Rayonda aparılan abadlıq işlərini n böyük hissi də idarə rəisinə aid olan şirkətlərə verilir.

Uzun illər Ağdam Su İdarəsinə rəhbərlik edən Hafiz Əzimzadə dövlətdən mənimsədiyi böyük pullar hesabına Bərdədə iki villaya, böyük heyvandarlıq kompleksinə, Ağdamda böyük tikinti materialları dükanına, Ağdam avtovağzalına sahibDİR. Lakin idarə müdirinin mal varlığının böyük bir hissəsinin də Bakıda olduğu bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (AzMediainfo.org)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya MN-nin Dağlıq Qarabağla bağlı yeni xəritəsi nədən xəbər verir?

Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi: Hmeymim aviabazasına strateji bombardmançılar endi

İlham Əliyev: “İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə son qoymalıdır”

Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

Erməni xalqı yasda: Paşinyanın oğlu festivalda çaxır içir - Foto

Gözlənilən Ərdoğan-Putin görüşü – İki lider ortaq məxrəcə gələ biləcək?..

"Bizim belimizi bu əməliyyat qırdı..." - Ermənilərdən yeni etiraflar

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev veteranlarla görüşüb - Foto, Video

Tanınmış professor 55 yaşında dünyasını dəyişib

İran bu tarixdə Azərbaycanla quru sərhədlərini açır

Prezident: Nəyə görə İran bunu 30 illik əsarət və işğala son verildikdən sonra edir?

İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimdir? - Foto

Ən çox oxunanalar