Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad edilən ərazilərdə 13 hidroloji stansiya quraşdırılacaq

“Su resursları yenidən qiymətləndirilməsi çox vacibdir”.

Bunu bu gün Ağdam şəhərində səfərdə olan Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini deyib ki, hazırkı qiymətləndirmələr təqribidir: “Yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə, kəşfiyyat quyularının qazılması nəzərdə tutulur, bu quyuların yerləri müəyyən ediləcək. Ağdam rayonunda da ilk növbədə bu istiqamətdə işlər görüləcək. Bu, içməli su baxımından çox vacibdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yerüstü su ehtiyatlarının da qiymətləndirilməsi zəruridir. Bu məqsədlə artıq 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. Bu yerlər də təqribən müəyyən olunub. Amma bu sahədə də əlaqələndirməyə çox böyük zərurət var. Çünki su quyularını harada qazmaq lazımdır, bu, digər planlarla necə uzlaşır, müəyyənləşdirilməlidir. Ona görə də bugünkü iclasda həm Prezident İlham Əliyev tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, həm də Azərbaycan Prezidentinin Ağdam rayonunun işğaldan azad olunmuş əraziləri üzrə xüsusi nümayəndəsi iştirak edir. Biz bütün əlaqələndirmə işlərini həyata keçiririk. Bugünkü iclasın Ağdamda səyyar qaydada keçilməsi də bunun bir göstəricisidir”.

Ş. Mustafayev işğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarının olduğunu bildirib.

Baş nazirin müavini deyib ki, Komissiya çərçivəsində də təkliflərin olduğunu, bu təkliflərin öyrəniləcəyini deyib: “Bu təkliflər öyrənilərək Əlaqələndirmə Qərargahına və yekunda dövlət başçısına təqdim olunacaq. Bu təkliflər sırasında relyefə uyğun yeni su anbarlarının tikintisi məsələsi də var. Bu təkliflər ətraflı araşdırılacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar