Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvana gizli zəng edirdik, Bakı dərhal xəbər tutur... – Satanovski

Ermənistan Rusiyanın müttəfiqi ola bilər, lakin bu və ya digər strukturun başında duran konkret adamlar haqqında bu gün mən bu fikri çox ehtiyatla işlədərdim.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski “Solovyov Layf” proqramında deyib.

Y.Satanovski İkinci Qarabağ müharibəsinə də toxunub:

Ermənistana biz necə kömək edə bilərdik ki, Rusiya rəhbərliyinin İrəvanla qapalı kanallarla danışıqlarının səsi uzağı 1-1,5 saatdan sonra Bakıdan gəlirdi və Bakıdan zəng edib, bu addımın atılmamasını xahiş edirdilər. Axı, danışıq bağlı kanalla olurdu. Bəs, Bakı necə xəbər tuturdu?

Ehtimal edirəm ki, Ermənistan dərhal ABŞ-a zəng edirdi, məruzə edirdi, Vaşinqton isə dərhal Azərbaycanı bununla bağlı məlumatlandırırdı. İş “Parçala və hökm sür” sxemi ilə aparılır”.

O, sülhməramlıların Qarabağa yerləşdirilməsinə də toxunub:

“Biz hansı səylərlə sülhməramlıları Qarabağa göndərə bildik? Bu, ayrı mövzudur, bunun haqda vaxtı çatanda Şoyqu və Gerasimov danışarlar. Amma Müdafiə Nazirliyinin baş verənlərdən necə tamamilə məəttəl qaldığını yaxşı xatırlayıram.

Paşinyana necə təsir edəcəksiniz? Bilmək istərdim. Mən Paşinyanın hakimiyyətə gəlişini, İkinci Qarabağ savaşını, növbəti çevrilişi yaxşı bilirəm; Paşinyanın kim olduğunu bioqrafiyası ilə, bütün əlaqələri və simpatiyası ilə bilirəm...”

Satanovski qeyd edib ki, Qərb Rusiyaya hər tərəfdən təzyiq edir:

“Nə mümkündürsə, partladır – istər Kosova olsun, istər Cənubi Qafqaz. Rusiyaya hər tərəfdən təzyiq göstərmək üçün sxem işə salınıb. Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Berns İrəvana kabab yeməyə gəlməmişdi.

Paşinyan İkinci Qarabağ müharibəsinə yalnız səbəb olmadı, həm də rusları gözdən saldı: necə pis ruslardır, lazımlı raketləri vermədilər, yararsız radioelektron qurğular verdilər, bununla da türk PUA-larını vurmaq olmazdı... İndi isə deyir ki, bizim rus sülhməramlılara suallarımız var”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar