Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın zərbələr qarşısında acizliyi... - Tehranın Hava Hücumundan Müdafiə Sistemi yararsızdır?

İranın Hava Hücumundan Müdafiə Sistemi barədə nə demək mümkündür...

Hərbi-ekspert: “Hər ikisi və zərbə endirilən digər obyektlər də İranın strateji hərbi obyektləridir. Onların daha güclü bir şəkildə hava hücumundan müdafiəsi təşkil olunmalı idi”.

İranın Hava Hücumundan Müdafiə Qoşunları və onların tabeliyində olan radiotexniki kəşfiyyat hərbi hissələri bu gün İran səmasının təhlükəsizliyini təmin etməyə qadir deyil”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev İranın Hava Hücumundan Müdafiə Sistemini PİA.az-a şərh edərkən qeyd edib.

İranın hərbi obyektlərinə 5 vilayətdə zərbələr endirilməsi zamanı heç bir PUA-nın vurulmamasını necə dəyərləndirmək olar? Bu İranın Hava Hücumundan Müdafiə Sisteminin tamamilə yararsız olmasından xəbər verirmi? Ümumiyyətlə, İranın Hava Hücumundan Müdafiə Sistemi barədə nə demək mümkündür və bu ölkə əsasən hansı Zenit-Raket Komplekslərindən istifdə edir?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “İran öz Hava Hücumundan Müdafiə Sistemini kifayət qədər zəif bir şəkildə təşkil edib”.

Hazırda Tehranda həm Rusiya istehsalı olan, həm də İranın yerli müəssisələrində hazırlanan Zenit-Raket Komplekslərindən istifdə olunduğunu nəzərə çatdıran ekpert PİA.az-a bildirib ki, həmin komplekslərin də real imkanlarını biz neçə illərdir praktiki olaraq çox zəif olduğunu izləməkdəyik:

“Apardığım araşdırmalar nəticəsində məlum oldu ki, Tehrandan təqribən 350 km cənubda yerləşən və İrana məxsus F-14 qırıcı təyyarələrinin aviabazası, həm də bir qədər aralıda olan nüvə yanacağı tədqiqat istehsalat mərkəzi istiqamətində İrana zərbələr endirilib. Həmin nüvə yanacağı tədqiqat və istehsalat mərkəzinə zərbələrin etdirilməsinə daha əvvəl İsrail tərəfindən təsdiqlənməyən məlumatla şahid olmuşduq. Nəticə etibarilə bunların hər ikisi və zərbə endirilən digər obyektlər də İranın strateji hərbi obyektləridir. Onların daha güclü bir şəkildə hava hücumundan müdafiəsi təşkil olunmalı idi.

Digər tərəfdən isə İranın bütün vəzifəli şəxsləri daim ABŞ və İsrail tərəfindən nüvə obyektlərinə zərbə ehtimalını yüksək dəyərləndiriblər. Bu barədə biz onların mətbuatda da çıxışlarını izləmişik, eyni zamanda İranın dövlət televiziyasında da bu faktlar işıqlandırılıb. Belə olan halda İran öz Hava Hücumundan Müdafiə Sistemini kifayət qədər zəif bir şəkildə təşkil edib.

Ədalət Verdiyev: “İranın bütün vəzifəli şəxsləri daim ABŞ və İsrail tərəfindən nüvə obyektlərinə zərbə ehtimalını yüksək dəyərləndiriblər”.

Nəticə etibarilə İranın Hava Hücumundan Müdafiə Qoşunları və onların tabeliyində olan radiotexniki kəşfiyyat hərbi hissələri bu gün İran səmasının təhlükəsizliyini təmin etməyə qadir deyil. Adı çəkilən qüvvələrin məhdud görmə şəraitində isə İrana qarşı olan hava hücumlarını izləmək və onları dəf etmək potensialı ümumiyyətlə, mövcud deyil.

Hazırda Tehranda həm Rusiya istehsalı olan, həm də İranın yerli müəssisələrində hazırlanan Zenit-Raket Komplekslərindən istifdə olunur. Həmin komplekslərin də real imkanlarını biz neçə illərdir ki, praktiki olaraq çox zəif olduğunu izləməkdəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket: İsrail-İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar