Bazar, 19 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İranın Prezidentinin andiçmə mərasiminə 73 ölkədən 115 nümayəndə qatılacaq

İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək.

Bunu İran parlamentinin İdarə Heyətinin nümayəndəsi Nizaməddin Müsəvi bildirib.

O qeyd edib ki, artıq 10 ölkənin Prezidenti mərasimdə iştirak edəcəyini açıqlayıb. "Avqustun 5-də keçiriləcək mərasimə 20 dövlətin parlamentinin sədri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir və müxtəlif dövlət başçılarının xüsusi nümayəndələri qatılacaq", - deyə N. Musəvi bildirib.

N. Musəvi deyib ki, bunlarla yanaşı, mərasimdə BMT-nin Baş katibinin, Avropa İttifaqının, Avrasiya İqtisadi Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak edəcəklər.

Onun sözlərinə görə, parlamentin binasında keçiriləcək mərasimdə tibbi protokola ciddi nəzarət olunacaq.

Qeyd edək ki, S. İ. Rəisinin andiçmə mərasimində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın iştirak edəcəyi gözlənilir.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq rəisin evindən 1,4 milyon aparmaq istədilər - Planı arvadı qurub?

Orda oturmaq üçün zalım olmağın dozası nə qədərdir?..

Ceyran Rəhimova sükutu pozdu: “Hazırda efir kriteriyaları mənə uyğun deyil” 

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədri

Sabiq nazir müavini kimdən nə qədər rüşvət alıb? – Məbləğlər

Nəriman Abbasovun Həbib Nurməhəmmədova müraciətinin səbəbi bilindi - Video

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - Açıqlama

İdarə rəisinin evindən 1.4 milyon manat necə oğurlanıb?

“Lotu Quli”nin qəbri üstündə qətl - İstintaqa elə ifadə verdi ki...

Boğazı üzülən şəxs həyata qaytarıldı: Bakıda unikal əməliyyat - Video

Ən çox oxunanalar