Çərşənbə, 01 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İranın Ocaq Necat saxta missiyası - Mədəniyyət, ya təxribat mərkəzi?

Şəbəkə necə yarandı?

İranın Azərbaycandakı mədəniyyət, yardım adı altındakı təxribat və xurafat şəbəkə mahiyyəti və fəaliyyəti barəsində bəzi, seçmə qeydlərim.

Demək 1993-cü il, Azərbaycan yeni müstəqillik əldə edib, ayaq üstə duran anda İran başımızın üstünü kəsdirir. Ki, mən, ölkənizdə mədəniyyət və yardım missiyası qururam, qonşu və qardaş müsəlman ölkəsi kimi. Əvvəlcə bu Mədəniyyət Mərkəzi, onun da nəzdində “İmdad” komitəsini yaradır. Guya Mərkəz mədəniyyətlə Komitə isə, kasıblar, imkansızlara yardımla məşğul olacaq.

Növbəti addımla Tehran Azərbaycana İran dini siyasi rəhbəri, Xamneinin nümayəndəsini təyin edir, Əliəkbər Ocaq Necatı. Və eyni zamanda da onu Mədəniyyət Mərkəzinə rəhbər təyin edir. Və eyni zamanda da onu İranın Bakıdakı səfirliyinə əməkdaş kimi təyin edir, diplomat pasportu ilə, pozuculuq missiyasına qarant toxunulmazlıqla.

Fəaliyyət mexanizmi…

Keçək, bu, müdhiş, qurama strukturun fəaliyyət mexanizminə. Demək, şiə inancıyla 12-ci imam hələ ki, zühur edənədək, bütün şiələrə rəhbərliyi vilayəti-fəqih həyata keçirməlidir. İran rejimi də, bu, dini ideologiyanı öz siyasi maraqlarına tərəf çəkir. Xamenei hakimiyyətini vilayəti-fəqihi elan edir. Vəssalam, dünya şiələrini həm dini-mənəvi və həm, siyasi-ideoloji baxımdan Xameneiyə və İrana tabe görür. Düz 12-ci imamın zührünədək. İmam zühr edəndə postu Xamneidən təhvil alır.

Ocaqnejad da Xameneinin, yəni vilayəti-fəqihin Azərbaycandakı nümayəndəsi olması ilə bizim ölkədəki bütün şiələr məntiqlə, ona və onun da vasitəsilə Xameneiyə və İrana tabedirlər. Bu da bu şiə oyununun, Ocaq Necat “blefinin” fəlsəfəsi. Din, şiə, adı ilə, yüz minlərlə Azərbaycan insanı, vətəndaşını İrana, onun siyasi marağına atmaq.
İran rejimi bu mexanizmdən təsirindəki Yəmən, Suriya, Livan və şair kimi ölkələrdə istifadə edir. Əvvəl əhalini dini-ideoloji yön təşkilatlatlandırır, sonra siyasi qüvvə kimi formalaşdırır, sonra isə ondan silahlı zərbə qruplaşması yaradır. İraqda (Həşdi-Şabi), Livanda (Huzbulla), Yəməndə isə, (Hüsilər) kimi Azərbaycanda da (Hüseyniyyun).
Bunlar vasitəsi ilə bütün yaxın Şərqi təhdid edir.

Azərbaycanda da, bu siyasi şiə təmayüllü əlaltı təşkilat, hərəkatlar və qruplaşmaları vasitəsi ilə ölkəmizin Konstitusion quruluşu, dünyəvi yönlü dövlətçiliyi, milli dəyərlərinə qarşı planları vardı. Buranı molla Xomeynizmin zülmətinə çevirmək.

Maliyyə mənbələri…

Keçək bunların maliyyə mənbələrinə. İlkin pullu İrandan qrant şəklində bu, “İmdad” Komitəsinə gəlib. İmkansızların adı ilə öz təşkilat fəallarına, bölgələrdəki təmsilçilərinə paylaşılıb. Sonradan Mərkəz gücləndikcə şiə mınsublu iş adamlarını Xüms (qazancın 5-də 1-i) vergisi ilə yükləyiblər. Milyonlarla pullar yığdırıb Ocaqnecatın dəstəsi.
Və yeri düşmüşkən qeyd edim, mənim fikrimcə və müşahidəmcə İranın bizim ölkəyə göndərdiyi külli miqdar narkotikin satışına nəzarət edərək, külli miqdar vəsait götürən gizli şəbəkəsi də var və həmin şəbəkələrdən də, pullar Mərkəzə axıb.

Praktiki, əməli fəaliyyətləri…

Missiyalarına uyğun insanları, gəncləri əhali arasından, həbs zonalarından seçib cəlb etmək və İrana, Nəcəfə (İraq) dini kurslara göndərmək.
Qafqaz Müsəlmanları İdarəsi-QMİ (QHT) ilə birgə missiyada ölkənin bütün bölgələrində və şəhərlərində məscid mollaları, axundlar təyini.
İran meylli partiyalar, təşkilatlar, hərəkatların maliyyələşdirilmə, təminat, təşkilatlandlrılması.
Xameneyinin “İslam inqilabı doktrinası”nın yayılması, İranın tələblərinə tabe olan bir rejim yaradılması üçün çalışılması, təbliğat, təşviqat.
Tələbələr, məhbuslar, qadınlar, sosial setlər, KİV içində, hətta Azərbaycandan Avropaya belə gedənlər və s. təbəqələr içində qruplar yaratma, Azərbaycandakı quruluş əleyhinə fikir, təbliğatlı.
Azərbaycanın xarici siyasətini, müttəfiqlərini, Türkiyə, İsrail, Pakistanı və digər ABŞ, Britaniya kimi ölkələri hədəfə alıb əhali gözündən salma.
Əhali içində fanatizmin, mövhumatçılığın və xurafatın, matəm prinsiplərinin gücləndirilməsi. Dini mərasimlər, məscidlərdə bu işlərin təbliği.
Dindar kəsim içərisində radikallıq, fanatizmi və ekstremizmi, radikal qrupları gücləndirmək.
Azərbaycana, dövlətin möhkəmliyi və xalqın birliyinə qarşı digər, çoxsaylı, pozucu fəaliyyəti. Fikrimcə QMİ bu şəbəkəyə hər vaxt dəstək olub hətta maddi və yaxşı araşdırılsa elə içində olub.

Belə düşünürəm ki, İran rejiminin Azərbaycanda qurduğu bütün bu eybəcərlikləri tam araşdırma və bütün qanunsuzluqları üzə çıxardıb ifşa edib cəmiyyətin də, dövlətimizə dəstəyi ilə, bu ölkəni tam təmizləmək lazımdır. Bu işdə də qalib bizik!

İlqar Altay,
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

“Mövlam Şıxəliyev MTN təcridxanasını zindana çevirib sahibkarları soyurdu” - zərərçəkən

Helikopterin qəzaya uğradığı ərazinin görüntüləri - Fotoreportaj

Ən çox oxunanalar