Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Müqtəda əs-Sədr sancısı – SEPAH-ın Yaxın Şərq ekspertinin gözüylə

İraqda keçirilən son parlament seçkilərində Müqtəda əs-Sədrə bağlı “Sairun” fraksiyasının hər kəsdən daha çox mandat qazanması, İrana bağlı qüvvələrin isə ciddi səs itirməsi Tehranı da narahat etməyə başlayıb. Bu zamanadək Müqtəda əs-Sədrin Qumda təhsil alması faktını əldə rəhbər tutaraq onun da İrana bağlı olduğu bildirən, bununla da ictimai rəyi aldatmağa çalışan vilayəti-fəqh ideoloqları artıq çuvalduzu çuvalda gizlətməyin mənasız olduğunu anlayıb İraqda baş verən dəyişikliklərin İrana mümkün mənfi təsirlərini etiraf etməyə başlayıblar.



Ovqat.com-un məlumatına görə, SEPAH-a bağlı Kharonline.ir saytına müsahibə verən İranın Yaxın Şərq məsələləri üzrə eksperti Həsən Hanızadə İraqdakı son parlament seçkilərinin nəticələrinin şərh edərkən bildirib:

“Görünən budur ki, bəzi İraq qrupları ilə əməkdaşlıq edən xarici cərəyanlar İranla İraq arasındakı mövcud əməkdaşlığın səviyyəsini azaltmağa və Tehranı hər cür çətinliklə qarşı -qarşıya qoymağa çalışırlar”.

Bəs, Müqtəda Sədrin qələbəsi İran-İraq münasibətlərini necə formalaşdıra bilər?

Bu suala cavabında Hanızadə hazırda ortaya çıxan tabloda İran-İraq münasibətlərinin çox da ürəkaçan olmayacağını etiraf edərək deyib:

İraq seçkilərinin mühəndisliyi ilə məşğul olanların məqsədi Sədrə bağlı Sairun fraksiyasına daha çox mandat qazandırmaq olub. Fraksiya 73 yer əldə edib, onun ardınca Əl-Halbousiyə bağlı koalisiya və daha sonra iki kürd partiyasının bloku yaxşı səs qazanıb. Bu üç cərəyan hökuməti formalaşdıra bilər. Hər halda, görünən budur ki, indiki mənzərənin ortaya çıxmasında həm Səudiyyə Ərəbistanı, həm ABŞ, həm də Birləşmiş Ərəb Əmirliklərinin seçki mühəndisliyi effektivli rol oynayıb və hökumət qurulduqdan sonra Tehran-Bağdad münasibətlərində bir sıra problemlər yaranacaq”.

Hanızadənin fikrincə, İraqdakı seçki mühəndislərinin Sədr hökumətini qurmaq planlarının altında iki məqsəd yatır: “Bunlardan biri İraqdakı Həşdi Şabi, Asaib və Hizbullah kimi qrupların tərksilah edilməsi, ikincisi isə İraq parlamentinin ötən il qəbul etdiyi və ABŞ qoşunlarının ölkədən çıxarılmasını nəzərdə tutan qətnamənin ləğv edilməsidir”.

İstənilən halda Sədr kifayət qədər səs toplaya bilmədiyi üçün hökumət qura bilmir. Gələcək koalisiyada kimin hakimiyyətə gəlmək şansı var?

Jurnalistin bu sualını cavablandıran ekspertin fikrincə, yeni hökuməti qurmaq üçün Cazyan Sədr ilə Əl-Həlbousinin rəhbərlik etdiyi sünni hərəkatı və kürdlər arasında koalisiya yaradılacaq: “Hər üçünün də İranla problemləri var. Müqtəda əs-Sədrin kifayət qədər intellektual sabitliyi olmadığı üçün gələcəkdə təbii olaraq problemlər yaşanacaq. “Fəth” və “Hüquqi dövlət” kimi xalq hərəkatları parlamentdə müxalif qüvvə olaraq iştirak edəcəklər. Məlumatlara görə, Kazımi gələcəkdə yenidən kabinet formalaşdıra bilər. Lakin bu kabinet “Fəth” və “Hüquq dövləti” kimi nüfuza və xalq cərəyanlarına uyğun olmayacaq”.

Kazimidən başqa kimlərin hökumət qurmaq şansları var?

Hanızadənin fikrincə, yeni hökuməti qura biləcək şəxslərdən biri də Bəsrə valisi Eidanidir: “Bir neçə başqa personaj da var. Narahatlıq yaradan şəxslərdən biri də anti-İran spektrinə aid olan İyad Əllavidir. Onun da adı namizədlər arasında çəkilir və parlament tərəfindən hökumət qurmaq səlahiyyəti ona verilsə, İran üçün vəziyyət xeyli çətin olacaq”.

Bəs Müqtəda Sədrin bu qələbəsinin kölgəsində İran-İraq münasibətlərinin gələcəyi necə olacaq?

Hanızadəyə görə, bu suala cavab vermək üçün yeni İraq hökumətinin formalaşmasını gözləmək lazımdır: “İndiki prezident Barham Salih yəqin ki, yenidən seçiləcək. Nazirlər Kabinetini təşkil edən Eydani və İyad Əllavi kimi İran əleyhdarı siyasilərin rəhbərliyi altında qurulacaq kabinetin tərkibi Bağdad və Tehran arasında münasibətlərin formalaşmasında təsirli olacaq. Hər halda ABŞSəudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın bütün səyləri İranın İraqdakı təsirini azaltmağa yönəlib. İndi ən çox narahatlıq isə Əllavi kimi şiə və pan-ərəb fiqurla bağlıdır. O, hökumət qurarsa, təbii ki, İran-İraq münasibətlərində çoxlu problemlər yaşanacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar