Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın məzhəbçi hədəfləri - Xomeynizmlə mübarizənin mənası və çətinlikləri...

Məzhəbçi xomeynizm Suriya xalqına qarşı amansız bir demoqrafik müharibə aparıb. Qətllərlə, repressiya və insanları didərgin salmaqla tədricən bu ölkəni nəzarətə götürüb...

Hamad Macid
“Şarkul Avsat” qəzeti, 2 mart 2021-ci il

Xomeyninin Yəməndəki təsirinə və nüfuzuna qarşı müqavimət göstərməyin ən çətin və mürəkkəb yolu ideoloji üsullardır. Siyasi və ya hərbi yol nisbətən daha az mürəkkəbdir, çünki hərbi güc tətbiq edərək və ya İranın təsirinə qarşı siyasi nüfuzu gücləndirərək ona müqavimət göstərmək olar. İdeologiyaya gəldikdə isə təhlükəli yan təsirləri və imkanları olan mürəkkəb mexanizmlərdən başqa, onu aradan qaldırmaq üçün bir yol yoxdur.

1979-cu ildə İranda hakimiyyəti ələ keçirən Xomeyni bir müddət sonra “İğtişaşçıları dəstəkləmək və buna qarşı çıxanlara müqavimət göstərmək üçün inqilabı ixrac etmək” şüarını irəli sürdü. Bü şüar öz-özlüyündə zəhərli və hiyləgər bir şüar idi və açıq şəkildə Xomeyni ideologiyasının ixrac edilməsi prinsipinə dayanırdı. Xomeyni tərəfdarları da bu ideoloji yolda hərbi və ya siyasi nüfuza yol açmaq üçün sürətlə işləməyə başladılar. 4 ərəb paytaxtını - Dəməşq, Bağdad, Səna və Beyrutu ələ keçirmək üçün sözügedən bu ideoloji yoldan bir Troya atı kimi istifadə etdilər.

İnqilab keşikilərti bu 4 ölkə ilə birgə başqa ölkələrdə də Xomeyni ədəbiyyatını yaymağın əsasını qoydular. Nəzarət etdikləri ölkələrdə məzhəb demografiyasını dəyişdirdilər. Suriyada və Yəməndə hegemon missiyalarını gücləndirdilər. Bunun üçün ideoloji şüarları olmayan posterlər, fəaliyyətlər, məktəblər, xəstəxanalar, mədəni və peşə reabilitasiya mərkəzləri kimi tədbirlər və təşkilatlardan istifadə etdilər. “İdeoloji cəhətdən səni dəstəkləyənlər hərbi və siyasi nüfuzuna da tabe olarlar,” düşüncəsi ilə kənardan yaxşı görünən, ancaq şərlə dolu olan düşərgələri vasitəsilə uşaqları və gəncləri özlərinə cəlb edərək onları istədikləri kimi tərbiyə etdilər.

Lakin əsas təhlükə bu ölkələrdəki Xomeyni tərəfdarlarının aldadıcı şüarları ideoloji manipulyasiya etmək səylərindən daha dərindir. Xomeynizmin missioner fəaliyyətləri, eyni zamanda, Şimali Afrika və Sudan kimi məzhəb cəhətdən xomeynizmdən uzaq olan ölkələrə də yayılıb. Xomeynizmdən siyasi və hərbi cəhətdən təsirlənənlərin dəstəyi ilə bu ölkələrdə də Yəmən, İraqSuriya senarilərini təkrarlamaq istəyirlər. Ən böyük hədəf İranın bütün İslam ölkələrini idarə etməsidir.

Dediyimiz kimi, bu ssenari ilk olaraq Suriyada da tətbiq olunub. Məzhəbçi xomeynizm Suriya xalqına qarşı amansız bir demoqrafik müharibə aparıb. Qətllərlə, repressiya və insanları didərgin salmaqla ilə tədricən bu ölkəni nəzarətə götürüb.

Bu ideoloji yolla mübarizədə xomeynizmə qarşı olanların qarşılaşdıqları ən çətin maneələr biri də məzhəbçiliyin yaratdığı həssaslıqdır. Bu, başa düşülən bir səbəbdir və buna görə də diqqətlə təsnif etmək, fokuslanmaq və hədəfi təyin etmək lazımdır. Hədəfdə isə pisliyi ölkələri və qitələri aşan məzhəbçi xomeynizm var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar