Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İranın keçmiş Prezidentinin qızı qadınları itaətsizliyə çağırıb

İranın keçmiş Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkəsində hicab geyinməyən qadınlara dəstək verib.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, o, qadınları çadradan imtinaya və itaətsizliyə çağırıb.

F.Haşimi insanları İran hökumətinə etirazlarını bildirməyə çıxarıb. O, hicab taxmayan qadınları “aslan qadınlar” adlandırıb.

Bildirilib ki, bir müddət əvvəl o, İslam peyğəmbərinin idarəetməni və iqtisadi işləri bilmədiyini iddia edib və bu səbəbdən həyat yoldaşı Xədicə xanımın sərvətinə qadağa qoyduğunu söyləyib.

Məhəmməd Peyğəmbərə həqarətə görə F.Haşimiyə cinayət işi açılıb.

O, əvvəllər də İrandakı məsələlərlə bağlı tənqidi mövqedən çıxış edib.

Agentlik qeyd edib ki, sabiq Prezidentin qızı İran İslam İnqilabı Keşikçiləri qvardiyasının ABŞ-ın “terrorçular siyahısında” qalmasını müdafiə edib: "Qvardiyanın fəaliyyəti ölkəyə ziyan vurur".

Faizə Haşimi İranda hakimiyyət tərəfindən qadağan edilmiş bəhailərin mühakimə edilmiş lideri Zalehi həbsxanadan çıxandan sonra ziyarət edib. O, bu addımı atası Əli Əkbər Haşimi Rəfsəncani sağ olanda atıb. Onda ziyarəti etiraza səbəb olmuşdu: “Faizə çox ciddi səhv edib və bunu kompensasiya etməlidir”.

Ancaq o, “Euro News”a müsahibəsində bildirmişdi ki, onun addımı qanunsuz deyil: “Əksinə indiki sistemin bəhailərə zülm etməsinə təəssüflənir”.

Qeyd edək ki, Faizə Haşimi - Bəhramani 1963-cü il yanvarın 7-də anadan olub. 1996-2000-ci illərdə parlamentin deputatı, “Zən” jurnalının təsisçisi və baş redaktoru olub. Bu dərginin üz qabığında İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı Fərəh Dibanın fotosu dərc edildiyi üçün jurnal bağlanıb. O, bir neçə dəfə qısamüddətə həbs olunub. Mühafizəkar və ya radikal xətt tərəfdarları onu sosial şəbəkələrdə daim təhqir edirlər. Faizə qadınlara qarşı hicab qaydalarının mülayimləşdirilməsinin tələb edir.

Sonuncu dəfə 2017-ci il martın 17-də hakimiyyət qarşı təbliğata görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əli Əkbər Haşimi Rəfsəncani 1934-cü ildə İranın Kerman əyalətində anadan olub, 2017-ci ilin yanvarında ölüb. O, 1980-1989-cu illərdə İran Məsləhət Şurasının sədri, 1989- 1997-ci illərdə prezident olub.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı - Putin ordunu Ukraynadan çıxarmalıdır

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb

Ukrayna sərhədçiləri Donetskdə rusiyalı diversantları məhv edib - Yenilənib

Ən çox oxunanalar