Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib.

PİA.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub.

Məlumatda deyilir ki, İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib.

İran səfirinin bu səfəri müəyyən mənada gözlənilməz sayıla bilər və təbii ki, daha çox Ermənistana dəstək xarakteri daşıyır. Əlbəttə, belə səfərlər İran hökumətinin razılığı və hətta tapşırığı olmadan baş tuta bilməz. 

Ancaq maraqlıdır ki, hətta ən qatı ermənipərəst mövqeyilə seçilən Fransa səfiri belə son zamanlar Azərbaycanla sərhədə gələrək, erməni hərbçilərinə baş çəkməyib.

Eynilə də Rusiya səfirinin bu bölgəyə gəldiyinə dair hər hansı məlumata rast gəlinmir. Bütün bunların fonunda İran səfirinin canfəşanlığı kifayət qədər müəmmalı görünür... (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"İşçidə günah yoxdur, günah Operativ Qərargahdadır" - Natiq Cəfərli

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər

Putinlə Şoyqunun Tayqa istirahətinin görüntüləri yayıldı

Ən çox oxunanalar