Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın dəyişən siyasəti... - Tehran Bakı və Anakarayla əməkdaşlığa nə qədər məhkumdur?

İranın mövqeyində son bir az ay ərzində yaranan  dönüşü dəyişiklikləri nəylə izah etmək olar?..

Politoloq: “İranın Azərbaycana və Türkiyəyə qarşı niyyəti heç də həmişə saf olmayıb. İranın ölkəmizə və Türkiyəyə qarşı münasibəti bu gün də saf deyil”.

“Əgər İran Azərbaycan və Türkiyə ilə əməkdaşlığı xoş niyyətlə edəcəksə, qarşılıqlı olaraq xoş niyyət də görəcək. Belə olmayacaqsa, bir zaman baş verən proseslərin təkrarı ola bilər. Yəni İranın atdığı addımlara qarşı Azərbaycan tərəfi də adekvat addımlar ata bilər”.

Bu sözləri politoloq Samir Hümbətov İranın Azərbaycana qarşı mövqeyində son bir az ay ərzində yaranan köklü dəyişikliklərinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İƏT toplantısından sonra Azərbaycan və Türkiyə liderləri ilə keçirilən görüşlər zamanı İran prezidenti Rəisi istər Azərbaycanla, istərsə də Türkiyə ilə əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişaf etdiriləcəyini deyib.

Həmçinin Rəisi, Türkiyə xarici işlər naziri ilə Cənubi Qafqaz regionunda sabitliyin yaradılması və ticarət əlaqələrinin inkişafı üçün İranla müştərək əməkdaşlıqdan danışıb:

İranın Azərbaycan və Türkiyə ilə dərin və uzunmüddətli dini və mədəni əlaqələri var. Biz əcnəbilərin bəzi hərəkətlərinin münasibətlərə xələl gətirməsinə imkan verməməliyik”.

Bəs İranın mövqeyində son bir az ay ərzində yaranan U dönüşü dəyişiklikləri nəylə izah etmək olar? İran Azərbaycan və Türkiyə yaxınlaşmaq istəkləri səmimidirmi və Tehranın sanksiyalardan yayına bilməsi üçün Bakı və Anakarayla əməkdaşlığa nə qədər məhkumdur?

İranın son ayda Azərbaycana və Türkiyəyə qarşı yürütdüyü siyasəti PİA.az-ın əməkdaşı Araşdırmalar Mərkəzinin politoloqu Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “İranın regional və beynəlxalq səviyyədə sıxışdırılması, sanksiyalar və təzyiq altında qalması İranı ikiüzlü siyasi oyun oynamağa məcbur edir”.

Altılıq formatı yaradılarsa, bunun İranın ticarəti üçün böyük perspektiv yaradacağını və sanksiyalardan yayına biləcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu format sanksiyalar altında olan İran iqtisadiyyatının dirçəlməsinə imkan yarada bilər. Amma bunun üçün Tehranın niyyəti saf olmalıdır:

İranın Azərbaycana və Türkiyəyə qarşı niyyəti heç də həmişə saf olmayıb. İranın ölkəmizə və Türkiyəyə qarşı münasibəti bu gün də saf deyil. Gələcək barədə də nəysə demək çox çətin məsələdir.

Təbii ki, İranın regional və beynəlxalq səviyyədə sıxışdırılması, sanksiyalar və təzyiq altında qalması İranı ikiüzlü siyasi oyun oynamağa məcbur edir. Bu gün də İran bu yolu tutub. Bildiyimiz kimi Aşqabadda İran prezidenti Rəisi həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Həmçinin onların ümumilikdə də görüşü oldu.

Bütün bunlara baxanda və son iki ayda baş verən prosesləri dərindən təhlil etdikdə biz bunları görə bilərik:

1. Əslində İran Qarabağ məsələsinin tam şəkildə həll olunmasını istəmirdi. Bu gün də istəmir. İran bütün imkanları ilə çalışırdı ki, məsələ uzansın və münaqişə bitməsin. Çünki münaqişə bitdiyi anda İranın təsir riçardları azalmağa başlayır. İran uzun illər idi ki, həm Ermənistana, həm də qondarma rejimə bu və ya digər şəkildə yardımlar edirdi. Bu danılmazdı. İndi isə İran bu yardımlar edə bilmir. Edirsə də, çox az şəkildə edə bilir.

2. İran Azərbaycana təzyiq etmək istədi. Amma bu təzyiq baş tutmadı. Buna görə də artıq İran başa düşür ki, nə Azərbaycanla, nə də Türkiyə ilə təzyiq dilində danışmaq olmaz. Bu siyasət İranın maraqlarına zərbə vura bilər. Çünki ağır sanksiyalar altında olan İranın Türkiyə və Azərbaycanla da pozulmuş münasibətləri İranın tamamilə təklənməsinə yol aça bilər. Eyni zamanda onsuzda ağır iqtisadi vəziyyətdən əziyyət çəkən iranlılar, ö cümlədən İran əhalisinin az qala yarısını təşkil edən azərbaycanlılar Tehranın bu siyasətinə qarşıydılar və bu durumda İran Ermənistana deyil, Azərbaycana üstünlük verəcəyi əvvəlcədən aydın idi. Bundan əvvəl Tehran nəbz yoxlamasına qalxışdı və Azərbaycanla sərhəddə böyük ordu toplayaraq xalqımızı qorxutmağa cəhd etdi. Lakin Tehranın Moskva və Ankaradan aldığı mesajlar SEPAH-ı tez-tələsik geri çəkilməyə məcbur etdi. Məhz İranın xarici işlər nazirinin Moskvaya səfərindən sonra Tehranın ritorikası dəyişildi. Görünür ki, Abdillahina Moskvada açıq şəkildə qırmızı xətti keçməmək tövsiyyə olundu.

Əslində müharibə bitdikdən sonra İranla regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Tehran əvvəl bu imkanları yanlış dəyərləndirib özünün regionda dominat qüvvə olduğunu elan etmək istədisə də, sərt reaksiya ilə qarşılaşdı. İndi isə, əgər İran Azərbaycan və Türkiyə ilə əməkdaşlığı xoş niyyətlə edəcəksə, qarşılıqlı olaraq xoş niyyət də görəcək. Belə olmayacaqsa, bir zaman baş verən proseslərin təkrarı ola bilər. Yəni İranın atdığı addımlara qarşı Azərbaycan tərəfi də adekvat addımlar ata bilər.

Samir Hümbətov: “İran Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur”.

Düzdür Aşqabadda keçirilən sammitdə İranAzərbaycan əlaqələrinin köklərindən danışıldı. Amma həqiqətdə İrandan Azərbaycana qarşı ciddi narazılıq var. Azərbaycanın Qarabağ qələbəsini hələ də İran həzm edə bilmir. Buna baxmayaraq bir daha qeyd edim ki, İran Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur. İran məhsullarının Azərbaycan və Türkiyə vasitəsilə bazarlara çıxacağını bilir.

Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan dediyi kimi altılıq formatı yaradılarsa, yaxud da 3+2 formatı yaradılarsa, bu İranın ticarəti üçün böyük perspektiv demək olacaq. Bu format sanksiyalar altında olan İran iqtisadiyyatının dirçəlməsinə imkan yarada bilər. Amma təbbi ki, İranın niyyəti saf olmalıdır.

İranın Azərbaycan vasitəsilə İsrailin onlara yaxınlaşması iddiası ilə bağlı onu deyim ki, İsrail və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətləri mövcuddur. İsrail və Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə hər zaman bir-birlərini müdafiə ediblər. Düşünürəm ki, İsrail-Azərbaycan münasibətlərinin yaxşı olmasının İran üçün heç bir mənfi tərəfi yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar