Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın ali dini lideri prezident seçkilərində səs verdi - Yenilənib

İranın ali dini lideri Əli Xamenei ölkədəki prezident seçkilərində səs verib və vətəndaşları səsverməyə çağırıb.

Bu barədə PressTV xəbər yayıb.

“Ölkə əhalisinin maraqlarına uyğun olduğu üçün əhalini seçkilərə gəlməyə dəvət edirik”, - deyən Xamenei səslərini Tehrandakı İmam Ruhullah Xomeyninin məqbərəsində yerləşən seçki məntəqəsində verib

***

İranda 13-cü prezident seçkilərində səsvermə başlayıb.

PİA.az xəbər verir ki, dövlət başçısı vəzifəsi uğrunda dörd siyasətçi mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30-da) açılıb və saat 00:00-a (Bakı vaxtı ilə saat 23:30) qədər işləyəcək. Bu halda onların işi ehtiyac olduğu halda saat 02:00-a (01:30) qədər uzadıla bilər. Ölkədə 66,8 min seçki məntəqəsi fəaliyyətə başlayıb. İranın daxili işlər naziri Əbdülrza Rahmani Fəzlinin bəyanatına görə, seçkilərin ilkin nəticələri səsvermənin tamamlanmasından iki gündən gec olmayaraq elan ediləcək.

Xaricdəki İran vətəndaşları dünyanın 133 ölkəsində səs verə bilərlər. Ölkədən xaricdə 234 seçki məntəqəsi açılacaq. İranın səsvermə hüququ olan vətəndaşlarının ümumi sayı 52,31 milyon nəfərdir.

Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.

Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.

İslam Respublikasının hazırkı prezidenti Həsən Ruhani seçkilərdə namizəd kimi iştirak hüququna malik deyil. Çünki o bu vəzifəni ardıcıl iki dəfədir icra edir. (report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar