Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxdı

Bolton Ermənistanda hakimiyyətə gəlişini dəstəkləmək üçün indiki hakim rejimin ödəməli olduğu nəticəni göstərib...

Ermənistan ictimaiyyəti 44 günlük müharibə dövründə İranın hansı təkliflər etdiyini və Paşinyanın hansıları nəzərə almadığını bilsə, şoka düşəcək”.

Ermənistan KİV-i xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, bu təkliflərin qəbulu müharibənin mahiyyəti və nəticəsini dəyişə bilərdi.

“Paşinyan niyə təkliflərdən imtina etdi?”, deyə S.Danielyan öz-özünə sual verir. Ardınca isə mümkün səbəb kimi ABŞ-ın mövqeyini irəli sürüb.

“Con Bolton (ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri - red.) 2018-ci ildə Ermənistana səfəri zamanı İran sərhədinin bağlanmasını qarşısına vəzifə kimi qoyub. O, erməniləri stereotiplərdən əl çəkməyə çağırıb və bildirib ki, ABŞ Ermənistanın və ermənilərin Türkiyəyə münasibəti ilə maraqlanır. Yəni, bu, onlar üçün vacibdir. Bolton Ermənistanda hakimiyyətə gəlişini dəstəkləmək üçün indiki hakim rejimin ödəməli olduğu nəticəni göstərib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi zamanı olan şərt idi”, - S.Danielyan əlavə edib.

pia.az


Etiket: Ermənistan İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Ən çox oxunanalar