Cümə axşamı, 28 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İrandan Azərbaycana təhdid: “Şirin quyruğu ilə oynamayın”

Azərbaycanın öz sərhədlərində - Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması İranı əməlli-başlı özündən çıxarıb.
 
PİA.az xəbər verir ki, İran yük maşınlarının Qarabağa qeyri-humanitar yük daşımalarının qarşısının alınmasına SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməklə cavab verib.
 
Təlimlər Horadizin paralelində yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edəcək. Horadizdən Mehri rayonuna qədər ərazilərimizin işğaldan azad olunduğunu və təlimlərin də məhz bu ərazidə keçirildiyini nəzərə alsaq, İranın bu addımının Azərbaycanı hərbi müdaxilə ilə təhdid olduğu aydındır.
 
Maraqlıdır ki, İran bu təhdidini yalnız əməli fəaliyyəti ilə deyil, həm də sözlə dilə gətirib. İran dili lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Xəritəyə baxıb İranı şirə, onun Gorus-Qafan yoluyla nəqliyyat dəhlizini quyruğa bənzətsək, Amili “həzrətləri”nin nə demək istədiyi aydın olur.
 
Amili xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib. 
 
Xaməneinin sözçüsünün bu hədə-qorxusundan sonra Azərbaycan xüsusi xidmət orqanlarının qarşısında yeni məsuliyyət borcu ortaya çıxır: "Şirin ölkəmizdəki bütün quyruqlarını kəsmək". (Ovqat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - Fotolar

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında soyuq münasibətlərin səbəbi nədir?

Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasına dair danışıqları şərh etdi

Yaşar Nurinin qızı: "Satmağa bir şey yoxdur, nəyi satım?!"

"Qızımın saçını kəsdirib, nə günə qoyub..." - Mətanətin gəlini övladları ilə görüntülərini yaydı - Foto, Video

Yas mərasimləri və qadağalarla bağlı yeni açıqlama

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

İcra başçısı COVİD-19 əleyhinə 3-cü doza peyvənd olundu - Foto

Azərbaycanda yaşayış minimumunun məbləği artırlır

Qanuna dəyişiklik maşınların qiymətinə təsir edəcək? - Foto

Ərdoğan: “Azərbaycan Prezidenti dedi ki, İsrailə qarşı hər hansı güzəşt yoxdur”

Ən çox oxunanalar