Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda prezident seçkiləri... - ABŞ-la aparılan danışıqlar fonunda Tehranın siyasi kursunda dəyişiklik ola bilərmi?

Politoloq: “İranda keçiriləcək prezident seçkiləri çox böyük maraqla qarşılanır. Dünyada İranın siyasətindən həm razı, həm də narazı olan qüvvələr seçkiləri böyük maraqla izləyirlər”

“Koronavirus pandemiyası səbəbindən mitinqlərin keçirilməsinə icazə yoxdur. Bu da mübarizəni səhnə arxasına keçirir. Nəticədə də ictima rəyə təsir edən müxtəlif fikirlər səsləndirilir”.

Bu sözləri politoloq İlyas Hüseynov İranda keçiriləcək prezident seçkilərini PİA.az-a şərh edərkən qeyd edib.

İyun ayının 18-də İranda keçiriləcək prezident seçkilərinə irəli sürülən namizədlərin qeydiyyatı prosesinə başlanılıb. İndiyədək 600-ə qədər namizədin prezidentliyə iddialı olduğu bildirilir. Lakin əsas rəqabətin cəmi bir neçə nəfərin arasında gedəcəyi gözlənilir. Onların arasında eks-prezident Mahmud Əhmədinejad və parlamentin sabiq spikeri Əli Laricaninin adları daha çox çəkilir. Bundan başqa, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Mohsin Haşimi, sabiq müdafiə naziri Hüseyn Dehqan, keçmiş rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Həsən Haminin və İbrahim Rəisinin də adları diqqət cəlb edir.

Prezidentliyə namizədlər arasında kifayət qədər tanınan və İranın siyasi həyatında samballı rol oynayan namizədlər var. Xatıqrladaqr ki, İslam İnqilabından sonra İranda siyasi elita islahatçılar və mühafizəkarlara bölünüb və hakimiyyət kulislərində iki qruplaşma arasında prezidentlik uğrunda mübarizə İran siyasətinin ənənəsinə çevrilib.

Qeyd edək ki, hazırkı seçkilər Tehranın Vyanada ABŞ-la aktiv danışıqlar apardığı dövrə təsadüf edir və bu üzdən də İrandakı seçkilərin nəticəsi həm də İrana tətbiq olunan sanksiyaların ləğv olunub olunmamsında rol oynayacaq. İran əhaləsinin sanksiyalardan ciddi əziyyət çəkdiyini də nəzərə alarsaq, o zaman Vyanadakı danışıqların seçkilərə təsiri istisnasız olacaq.

İranda keçiriləcək prezident seçkilərini necə proqnoz etmək olar? Seçkilərdən sonra İranın daxili və xarici siyasətində dəyişikliklər hansı istiqamətdə gedə bilər?

İranda keçiriləcək seçkiləri PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Seçkinin əsas özəlliyindən biri də budur ki, 592 namizəd prezident olmaq uğrunda qeydiyyatdan keçib. Bu da 4 il əvvəl keçirilən prezident seçkilərindən 3 dəfə çoxdu”.

“İnqilab Keşikçiləri”nin generallarının prezidentlik uğrunda mübarizə qoşulduqlarını nəzərə çatdıran politoloq PİA.az-a bildirib ki, bu İranın daxilində olan ictimai, siyasi dəyişikliklərdə hərbiçilərin daha çox paya sahib olmaq istəyindən irəli gəlir. Bu həm də “İnqilab Keşikçiləri”nin islahatçı partiyaya heç bir imkan tanımaq istəməmlərindən xəbər verir:

İranda keçiriləcək prezident seçkiləri çox böyük maraqla qarşılanır. Dünyada İranın siyasətindən həm razı, həm də narazı olan qüvvələr seçkiləri böyük maraqla izləyirlər. Bu seçki İranda 13-cü prezident seçkiləridir. İranın hüquqi, konstitutsion və siyasi sisteminə görə prezident icra hakimiyyətini həyata keçirir. REal hakimiyyət isə İranın ali dini liderinin əlində çəmləşib. Bu şəxs də 82 yaşlı Xameneidir. Xamenei məhkəmə və qanunverici hakimiyyətə rəhbərlik, nəzarət edir. Prezident isə icra orqanı olaraq höküməti təmsil edir. Lakin hökümətin aldığı qərarlar ali dini lider tərəfindən təsdiqlənir.

Mən diqqəti İranda keçiriləcək seçkilərdən öncə aparılan ictimai rəy sorğularına diqqət çəkmək istəyirəm. “Stars Poling” şirkətinin keçirdiyi sorğunun çox maraqlı nəticələri var. Sorğuda iştirak edənlərin 55 faizi seçkilərdə iştirak etməyəcəyini bildirib. 27 faiz insan isə seçkilərə gələcəyini deyib. 18 faiz insan isə bu suala cavab verməkdə çətinlik çəkib. Gözlənilir ki, seçkilərdə iranlı vətəndaşların iştirak payı çox az olacaq.

Hazırkı prezident Həsən Ruhaninin prezident seçilmək üçün limiti bitib. Bu seçkilərdə mühafizəkarlarla islahatçılar arasında sərt mübarizənin gedəcəyini proqnoz etmək olar. Onlar prezidentlik uğrunda mübarizə aparacaqlar. Bütün bunlar Vyanada keçirilən altılığın - ABŞ, Böyük Britaniya, Fransa, Çin, Almaniya və Rusiyanın İranın nüvə proqramı ətrafında gedən müzakirələr fonunda baş verir. 2018-ci ildə ABŞ-ın 45-ci prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmadan birtərəfli qaydada çıxdığını elan etmişdi. Buna görə də İran ətrafında sanksiyalar daha da artırılıb.

İlyas Hüseynov: “Diqqət çəkən məqam odur ki, prezident olmaq üçün mübarizə aparan şəxslər arasında kifayət qədər çoxlu hərbi keçmişi olan şəxslərin adların var”.

Seçkinin əsas özəlliyindən biri də budur ki, 592 namizəd prezident olmaq uğrunda qeydiyyatdan keçib. Bu da 4 il əvvəl keçirilən prezident seçkilərindən 3 dəfə çoxdur. Mayın 27-də son siyahı təsdiq olunacaq və seçkilərdə iştirak edən şəxslərin sayı kifayət qədər azalacaq. Digər diqqət çəkən məqam odur ki, prezident olmaq üçün mübarizə aparan şəxslər arasında kifayət qədər çoxlu hərbi keçmişi olan şəxslərin adların var. Bu da siyasi dəyişikliklərdə hərbiçilərin daha çox paya sahib olmaq istəyindən irəli gəlir. Bu həm də “İnqilab Keşikçiləri”nin islahatçı partiyaya heç bir imkan tanımaq istəməmlərindən xəbər verir.

Favoritlər arasında hazırda xaric işlər naziri olan Cavad Zərifin adı hallanırdı. Amma Zərif son anda seçkilərdən iştirak etməkdən imtina etdi. Eyni zamanda seçkilərdə Əli Laricaninin və eks prezident Mahmud Əhmədineja prezident seçkilərində iştirak etməsi gözlənilir. Əli Laricaninin prezidentliyi ətrafında müxtəlif şayiələr dolanır. Onun Qərbpərəst olduğu bildirilir.

İlyas Hüseynov: “İranın nüvə proqramı ətrafında gedən müzakirələrin fonunda prezident seçkilərinin keçirilməsi müxtəlif mətləblərdən xəbər verir və hesab edirəm ki, seçkilərdən əziyyət çəkən sıravi seçicilər daha çox güzəşt siyasəinə üstünlük verəcəklər”.

Mən hazırkı durumu daha çox Məhəmməd Hatəmi dönəmində prezidentliyin seçkiləri keçirilən zaman ultra mühafizəkar və qarşıdurma siyasətinin tərəfdarı olan Mahmud Əhmədinejadın hakimiyyətə yiyələnməsi dövrü ilə müqayisə edərdim. O dövrdə də İranda keçiriləcək prezident seçkilərinə çox böyük maraq var idi. İndi fərqli olan odur ki, koronavirus pandemiyası səbəbindən mitinqlərin keçirilməsinə icazə yoxdur. Bu da mübarizəni səhnə arxasına keçirdir. Nəticədə də ictima rəyə təsir edən müxtəlif fikirlər səsləndirilir.

Onu da qeyd edim ki, İranın nüvə proqramı ətrafında gedən müzakirələrin fonunda prezident seçkilərinin keçirilməsi müxtəlif mətləblərdən xəbər verir və hesab edirəm ki, seçkilərdən əziyyət çəkən sıravi seçicilər daha çox güzəşt siyasəinə üstünlük verəcəklər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar