Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Hamının diqqəti Ukraynadadır, ancaq İranda da növbəti böhran baş qaldırır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri İsveçin keçmiş baş naziri Karl Bildt və NATO-nun keçmiş baş katibi, habelə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə sabiq ali komissarı Xavyer Solanadır. Novator.az saytı Karl Bildtlə Xavyer Solananın müştərək məqaləsini ingiliscədən çevirib təqdim edir.

Avropanın mərkəzində Ukrayna müharibəsinin qızışdığı vaxtda belə biz Qərbi təhdid edən daha bir təhlükəli nöqtəni – İranı və onun genişləndirdiyi nüvə proqramını unutmamalıyıq.

Biz 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasını bərpa edə bilməsək, Tehranla yeni münaqişə ilə üzləşə bilərik.

Söhbət Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan, 2015-ci ildə İranın və daha 6 ölkənin – ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniyanın imzaladığı sazişdən gedir. ABŞ Donald Trampın prezidentliyi dövründə – 2018-ci ildə bu sazişdən çıxıb. 2020-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden isə İranın nüvə proqramı üzrə 2015-ci il sazişini bərpa etmək xəttini seçib.

Biz Cozef Baydenin və Avropa liderlərinin Ukrayna məsələsində necə çevik və qətiyyətlə hərəkət etdiyini gördük. İndi onlar İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün də hərəkətə keçməlidirlər.

Avropa Birliyinin İranla nüvə danışıqları üzrə koordinatoru Enrike Mora həm Vaşinqtonda, həm də Tehranda siyasi bataqlıqda ilişib qalmış sazişi xilas etmək üçün bu yaxınlarda İrana səfər edib.

May ayının əvvəli isə ABŞ Senatı İranla razılaşmanın nüvə proqramına aid olmayan məsələləri də əhatə etməsi tələbinin qoyulduğu qətnamə qəbul edib. Əslində bu, razılaşma şərtlərinin pozulması deməkdir.

Tehranın sövdələşməyə gəlmək istəyi getdikcə azalır. Ötən ilin avqustundan İranın prezidenti olan, sərt siyasi xətt yürüdən İbrahim Rəisi isə Amerikanın sanksiyalarına baxmayaraq neft satışını ikiqat artırması ilə öyünür.

Razılaşmanın mahiyyəti üzrə danışıqlar faktiki başa çatsa da, avropalılar hələ də məsələyə əngəl yaradan problemi – ABŞ-ın İnqilab Keşikçiləri Korpusunu (“Sepah”) terror təşkilatı kimi tanıması məsələsini dalandan çıxarmağa çalışmaqla məşğuldurlar.

Əslində bu, nüvə mübahisəsinə çox az dəxli olan, bəlkə də heç bir aidiyyəti olmayan simvolik bir məsələdir. Vaşinqton və Tehran imkan verməməlidir ki, daxili ideoloji mövqelər bütün problemlərə baxmayaraq hətta Donald Trampın prezidentliyi dövründən də salamat çıxmış nüvə sazişini sabotaj edə bilsin. Buna imkan vermək, əlbəttə, düşüncəsizlik olardı.

Avropalılar vaxtilə Barak Obamanın ABŞ prezidenti kimi İran üzrə diplomatik səylərini dəstəkləyiblər, Donald Trampın isə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasını etirazla qarsalayıblar.

İndi avropalılar yenə Qərblə Tehran arasındakı nüvə böhranına son qoyulmasına, Yaxın Şərqdə növbəti faciəvi müharibəyə yol açılmamasına yönəlmiş diplomatik səylərin önündə gedirlər.

Ona görə nüvə sazişinə qayıdış elan edən, eləcə də “Amerika geri qayıdır” vədini verən Cozef Baydenin bu istiqamətdə ləng siyasət yürütməsi, Amerikanın müttəfiqlərinin isə həmin ləng diplomatiyanı dəstəkləməsi təəccüb doğurur.

Ən populyar izah belədir ki, Bayden ABŞ-da qarşıdan gələn aralıq seçkilər ərəfəsində özünü sığortalamaq üçün İran mövzusunda ehtiyatkar davranır.

Halbuki İranın nüvə səylərinin cilovlanması prosesindən uğurla yayına bilməsi 2024-cü ilin prezident seçkisi ərəfəsində Bayden və Demokratlar Partiyası üçün daha böyük zərbə olardı.

Sözsüz, Tehranın kompromisə gəlməməsi də daima problem yaradır. Rəisi artan neft ixracı ilə öyünür, ancaq o, İran xalqının artan iqtisadi təzyiq altında qaldığını da yaddan çıxarmamalıdır.

Enrike Moranın Tehrana səfəri zamanı belə İranda avropalıların əsassız yerə həbs edilməsi hadisələri baş verib. Bu, Avropaya növbəti təhqirdir. İranın regional mövqeyi Qərbin təhlükəsizlik maraqlarına zərbə vurmaqda davam edir.

Ancaq biz ilk növbədə İranın nüvə proqramı ilə məşğul olmalıyıq, diqqətimizi nüvə proqramına aidiyyəti olmayan məsələlərə cəmləsək, başqa problemləri də çətin həll edə biləcəyik.

Qərb Sovet İttifaqı ilə silahlara nəzarət müqavilələri bağlamışdı. Ona görə yox ki, Qərb sovet rəhbərlərini dəstəkləyir və ya onunla münasibətləri normallaşdırmaq istəyirdi. Biz bu addımı milli təhlükəsizliyimizə görə atmışdıq.

İrana münasibətdə də eyni şəkildə davranmaq gərəkdir. Bayden İranla bağlı ləngliyin nəticəsi üzərində ciddi şəkildə düşünməli və irəliyə doğru addım atmalıdır. Əks halda biz özümüzü heç kimin arzulamadığı bir münaqişənin ortasında görə bilərik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar