Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda etirazlar xaotik və kütləvi xarakter alır - Mollakratiya üçün təhlükə var?

Etirazçılar bütün şəhərlərdə “diktatora ölüm!” şüarları səsləndirirlər...

Politoloq: “İranda keçirilən etiraz aksiyaları hakim elita arasında kəskinləşən mübarizənin nəticəsidir”.

“Bir neçə gündən sonra qruplar ortaq məxrəcə gəlib, etirazları dayandıracaq. Amma, bundan ABŞ və İsrail istifadə edib, sistemə təzyiqlər edə bilər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranda keçirilən etiraz aksiyalarını PİA.az-a şərh edərkən qeyd edib.

İranda etirazlar getdikcə kütləvi xarakter alır. Küçələrdə qadınlar çadralarını çıxarır, saçlarını kəsdirir, fəallar təhlükəsizlik qüvvələrinə yandırıcı qarışıqlar ataraq “diktatora ölüm!” şüarları səsləndirirlər. Nümayişçilər həmçinin İranın dövlət rəmzlərini və dini liderin şəkillərini söküb məhv edir, maşınları yandırır və yürüşlər təşkil edərək küçələri bağlayırlar. Artıq bir neçə ölü və yüzlərlə yaralı var. Hətta etirazçılar polisi də diri diri yandırıblar.

Bu etirazlar daha da genişlənə bilərmi və nəticələri nə ola bilər?

İranda baş verən prosesləri PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “ABŞ və İsrail İranda hakim rejimin dəyişməsini istəmir. Çünki, ABŞ Yaxın Şərqdə İran xofu yaradıb, ərəb ölkələrinə təzyiq edirlər”.

Proseslerin İran hakimiyyəti üçün ciddi siqnal olduğunu düşünən politoloq bildirib ki, əgər, liderliyi götürən olsa, İranda inqilab mümkün ola bilər:

İranda keçirilən etiraz aksiyaları hakim elita arasında kəskinləşən mübarizənin nəticəsidir. Bu etirazları idarə edən lider yoxdur və proseslərdə xalqı küçələrə çıxardan sistem daxilində fikir ayrılıqlarından irəli gəlir. Ali dini rəhbər S. Ə. Xameneinin xəstə olması və səhhətinin getdikcə pisləşməsi qruplar arasında bu post uğrunda mübarizəyə start verib. Ümumiyyətlə indiki eturazla aksiyaları da daxil olmaqla adətən İranda etirazlar sistem daxilində idarə edilən bir nümayiş formasıdır və bu aksiyaların inqilabi dəyişikliyə yol açmasına mən ehtimal vermirəm. Bu etirazların heç də inqilabla nəticələnməsi gözlənilmir.

Bir neçə gündən sonra qruplar ortaq məxrəcə gəlib, etirazları dayandıracaq. Amma, bundan ABŞ və İsrail istifadə edib, sistemə təzyiqlər edə bilər. Digər tərəfdən isə ABŞ və İsrail İranda hakim rejimin dəyişməsini istəmir. Çünki, ABŞ Yaxın Şərqdə İran xofu yaradıb, ərəb ölkələrinə təzyiq edirlər.

Məhəmməd Əsədullazadə: “İran hakimiyyətinə problem yaratmaq üçün Türkiyə və Azərbaycan bu etirazlardan istifadə edə bilər”.

Qeyd edim ki, İran Ermənistan Azərbaycan sərhəddinə yaxın qoşun göndərib. Eyni zamanda İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. İranı zəiflətmək və bu proseslərdən kənar tutmaq üçün keçirilən etirazlardan istifadə edilməlidir. Yəni İran hakimiyyətinə problem yaratmaq üçün Türkiyə və Azərbaycan bu etirazlardan istifadə edə bilər.

Ümumiyyətlə, bu kimi etitazlar İran üçün xarakterik etirazdi. Amma, prosesler İran hakimiyyəti üçün ciddi siqnaldır. Əgər, liderlik uğrunda mübarizədə hər kəsin marqlarını təmin edən şəxs üzərində razılaşma olmasa, eyni zamanda İranda etirazçıların xarizmatik bir lideri ortaya çıxsa və bu lider İran xalqının etimadını qazanmaqla yanaşı xaricdən də dəstək alarsa, o zaman İranda inqilab mümkün ola bilər. Hazırda isə etirazçıların lideri və yönləndirici bir təşkilatı yoxdur. Buna görə də İranda etiraz aksiyaları xaotik məcradan çıxa bilmir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar