Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin yardım təklifindən də imtina edib...

Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var. Lakin APA-nın məlumatına görə, İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.

Qeyd edək ki, yanvarın 18 və 28-də İranın, əsasən, azərbaycanlıların yaşadıqları Xoy əyalətində zəlzələ baş verib.

Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, üç nəfər ölüb. Təbii fəlakətdən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökuməti soydaşlarımıza heç bir yardım göstərmir. Minlərlə ailə kəskin soyuq və qarlı hava şəraitində çöldə gecələyir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır. Xəstəxanalarda tibbi heyət və dərman çatışmazlığı var. Bu səbəbdən də xəstə qəbulundan imtina olunur.

İran mediası isə Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir.

Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin yardım təklifindən də imtina edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İranın zəlzələdən zərər çəkənlərə qarşı aqressiv davranışı, heç bir yardım göstərməməsi və yardım göstərənlərə mane olması İranın daxili siyasətində azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyin göstəricisidir.

“Bu, öz vətəndaşlarına münasibətdə humanitar terrordur. Eyni zamanda, islam dininin bütün humanitar və mənəvi dəyərlərinə ziddir”, - deyə deputat qeyd edib.

Hikmət Babaoğlu bildirib ki, İranın Xoyda baş verən zəlzələdən zərər çəkmiş soydaşlarımıza ediləcək yardımlardan imtinası şovinist fars rejiminin azərbaycanlıların hüquqlarını tapdalamasının, onları adi humanitar hüquqlardan belə, məhrum etməsinin göstəricisidir:

İranın bu cür antihumanist, antihüquqi və antiislami mövqeyi qətiyyətlə pislənilməlidir. İranda yaşayan 30 milyon azərbaycanlı ən çətin anlarda belə, vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyinetmə, özünü ifadəetmə vasitələrindən istifadə etməyə məcbur qalacaqlar. İran rejimi azərbaycanlıları öz müqəddəratlarını təyin etməyə doğru itələyir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar