Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və Azərbaycanın hərbi əməkdaşlığı... - Bu mümkündür?..

30 il müddətində Azərbaycan ərazilərinin işğalına göz yuman və bu ərazilərdən yararlanan, indi isə hər cümlənin başında Cənubi Qafqazda sərhəd dəyişikliyinin yolverilməz olduğunu vurğulayan İranla Azərbaycanın hərbi əməkdaşlığı mümkündür?..

Tehranda Zakir Həsənovla görüşən İranın müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir.

Hərbi ekspert: “Bəli, sərhəd məsələsinə, həmçinin seperatçılara, işğalçılara dəstəyə görə Azərbaycanla İran arasında gərgin münasibətlər yaşanıb. Amma adətən diplomatik etikaya uyğun olaraq görüşlər zamanı bu məsələlərdən danışmaq yaxşı hal hesab olunmur”.

“Ümid edək ki, bundan sonra İran işğaldan azad olunmuş ərazilərdə, ikitərəfli Azərbaycan-İran sərhəddində - istər Cəbrayıl, istər Zəngilan, istərsə də Qubadlı istiqamətlərdə, o cümlədən Xəzər dənizi də daxil olmaqla bütün cənub istiqamətində münasibətlərini tamam fərqli bir fazaya keçirəcək”.

Bu sözləri hərbi ekapert Üzeyir Cəfərov Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İrana səfərini PİA.az-a şərh edərkən qeyd edib.

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb.

Görüşdən əvvəl müdafiə naziri general-polkovnik Z.Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olub.

Qonaqları İranda görməkdən məmnunluğunu ifadə edən general-mayor M.Gərayi Aştiani xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını vurğulayıb. İranlı nazir xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir.

Öz növbəsində general-polkovnik Zakir Həsənov Azərbaycan-İran əlaqələrinin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu deyib. Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Bəs 30 il müddətində Azərbaycan ərazilərinin işğalına göz yuman və bu ərazilərdən yararlanan, indi isə hər cümlənin başında Cənubi Qafqazda sərhəd dəyişikliyinin yolverilməz olduğunu vurğulayan İranla Azərbaycanın hərbi əməkdaşlığı hansı sahələrdə mümkün görünür və ümumiyyətlə belə bir əməkdaşlıq üçün baza təməllər varmı?

İran-Azərbaycan hərbi əməkdaşlığını PİA.az-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərov ilə müzakirə edib.

Üzeyir Cəfərov: “İran Azərbaycanla hərbi tibb, hərbi təhsil və Xəzər dənizində qaçaqmalşılığa qarşı birgə mübarizədə əməkdaşlıq edəcək”.

İranın Azərbaycanın xoş davranışlarından və xoş niyyətindən faydalanmalı olduğunu düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, İran da regiona əmin-amanlığın və sülhün gətirilməsi üçün öz tövhəsini verməlidir:

İranla Azərbaycan qonşu döblətlərdir. Azərbaycan müstəqillik əldə edəndən sonra tərəflər arasında vəziyyət həm gərginləşib, həm də münasibətlər qonşuluq səviyyəsində qalıb. Bildiyimiz kimi bir müddət bundan əvvəl də Azərbaycanİran arasında gərginlik var idi. Amma iki ölkə liderinin görüşündən sonra vəziyyət tamamilə dəyişdi.

Daha sonra isə İranın xarici işlər naziri Bakıya gələrək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdü. Məlumdur ki, indi İranda həm prezident, həm xarici işlər naziri, həm də müdafiə naziri dəyişib. Buna görə də Zakir Həsənovun İrana səfəri həm tanışlıq xarakterli idi, həm də ikitərəfli münasibətlərin bundan sonra da davam etdirilməsinin detalları dəqiqləşdirmək nöqteyi nəzərdən önəmlidir.

Bəli, sərhəd məsələsinə, həmçinin seperatçılara, işğalçılara dəstəyə görə Azərbaycanla İran arasında gərgin münasibətlər yaşanıb. Amma adətən diplomatik etikaya uyğun olaraq görüşlər zamanı bu məsələlərdən danışmaq yaxşı hal hesab olunmur. İran da birdəfəlik başa düşməlidir ki, Azərbaycan Cənubi Qafqazda İrana ən yaxın olan bir dövlətdir. Həmçinin milyonlarla soydaşlarımız da İran ərazisində yaşayır.

Üzeyir Cəfərov: “İran regionun böyük dövlətlərindən biri olaraq erməni separatizminə dəstəyini tamamilə durdurmalıdır. Bu bölgəyə sülhü gətirəcək əsas faktora çevrilə bilər”.

İndi İran siyasətçiləri və rəhbərləri Azərbaycana qarşı hədələyici tritorikanı bir kənara ataraq müsbət fikirlər səsləndirir, münasibətlərin yüksək səviyyəyə çıxarılmasının zəruriliyi vurğrlayırlar. Bu da təbii ki, Azərbaycan tərəfindən xo. qarşılanmalıdır və qarşılanır. Amma daimi maraqlara çox nadir hallarda rast gəlinir. İranın indiki vəziyyətdə marağı ondan ibarətdir ki, Azərbaycan ərazisindən ona qarşı hər hansı bir hərəkətə yol verilməsin. Azərbaycan tərəfi də ən yüksək səviyyədə buna zəmanət verib. Lakin İran da erməni separatizminə olan dəstəyini qaldırmalı və bunun zəmanətini verməlidir. Düzdür, son gərginlikdən sonra bu dəstək hiss olunacaq qədər azalıb, lakin İran regionun böyük dövlətlərindən biri olaraq erməni separatizminə dəstəyini tamamilə durdurmalıdır. Bu bölgəyə sülhü gətirəcək əsas faktora çevrilə bilər.

Bir neçə il bundan əvvəl deyirdilər ki, İranın nüvə obyektlərinə Azərbaycan ərazisindən zərbə ediriləcək. Amma şükürlər olsun ki, bunların hamısı fərziyyə və kiminsə beyninin məhsulu olaraq qaldı. Əslində isə bu şayilər İrandan ölkəmizə ötürülürdü. İndi isə biz təmiz səhifədən səmimi siyasət tərəfdarıyıq.

Ümid edək ki, bundan sonra İran işğaldan azad olunmuş ərazilərdə, Azərbaycan-İran sərhəddində - istər Cəbrayıl, istər Zəngilan, istərsə də Qubadlı istiqamətlərdə, o cümlədən Xəzər dənizi də daxil olmaqla bütün cənub istiqamətində münasibətləri tamam fərqli bir fazaya keçirəcək. Azərbaycanın İrandan istədiyi tək şey mehriban əməkdaşlığa dayanan və səmimi qonşu olmaqdır. İranla münasibətlərdə Azərbaycanın strategiyası bundan ibarətdir.

Dünən İranın xarici işlər naziri də çox önəmli bir bəyanat verdi. Bəyanatda deyilirdi ki, Azərbaycanla İranın münasibətləri daha yeni, daha önəmli hadisələrlə yadda qalacaq. Həmçinin dünən İran Yol və Nəqliyyat naziri birbaşa İrandan Füzuli beynəlxalq hava limanına gəldi.

İran işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasında ölkəsinin köməyini Azərbaycana təklif edib.

Üzeyir Cəfərov: “Ermənistanı ağıllandırmaqda, regionda özünü normal ağıllı dövlət kimi aparmasında İranın da müəyyən təsirləri ola bilər”.

İndi isə Azərbaycanın müdafi naziri Zakir Həsənov İranda səfərdə oldu və bu səfər çox əhəmiyyətli, o cümlədən son yaşanan gərginlikdən sonra vacub idi. İran Azərbaycanla hərbi tibb, hərbi təhsil və Xəzər dənizində qaçaqmalşılığa qarşı birgə mübarizədə əməkdaşlıq edəcək. O cümlədən qeyri-qanuni silah qaçaqmalçılıq, narkotikə qarşı mabarizə və digər məsələlər tərəflər arasında diqqətdə saxlanılacaq.

Düşünürəm ki, İran Azərbaycanın xoş davranışlarından və xoş niyyətindən faydalanmalıdır. İran da regiona əmin-amanlığın gətirilməsi üçün öz tövhəsini verməlidir. Hətta bir qədər də irəli gedərək deyərdim ki, İran Ermənistana da ağıl versəydi, yaxşı olardı. Yəni Ermənistanı ağıllandırmaqda, regionda özünü normal ağıllı dövlət kimi aparmasında İranın da müəyyən təsirləri ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar