Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran seçkiləri və “bənzərlik nəzəriyyəsi”…

“Biz bütün həyatımızda, iqtisadiyyatımızda, sənayemizdə və kənd təsərrüfatımızda digər ölkələrə bənzəyirik, ancaq qətiyyən onlar kimi deyilik”...

Abdullah Utaybi
“Şarkul Avsat” qəzeti, 20 iyun 2021-ci il

İran seçkiləri vacibdirmi? Demokratiya və reallıq vəd edirmi? ABŞ-da Tramp və Bayden arasındakı son seçkilərdə olduğu kimi, namizədlərdən birinin qalib gəlməsi İran siyasətində inqilaba səbəb olacağını gözləyən vardımı? Xeyr, bu mümkün deyil. İran seçkiləri heç bir demokratik və real məna vermirdi və heç kim İran rejiminin quruluşunda, baxışında və strategiyasında dəyişiklik olacağını gözləmirdi.

Nüvə sazişini canlandırmaq üçün Vyana danışıqları qeyri-müəyyən vəziyyətdə davam edərkən, xəstə və qoca Xamenei təcrübələrini inqilabçı Xomeyni rejimini dəstəkləyən və davam etdirən radikal bir nəslə ötürmək istəyir. Onun təcrübələri arasında amerikalı “liberal sola” və Obamanın siyasi məktəbinə qarşı mübarizə üçün effektiv üsullar da var. Məsələn: “Daha sərt olun, onda mütləq güzəştə gedəcəklər, sonra isə yayılmağa, təsir gücünüzü genişləndirməyə və xaos yaratmağa davam edin” şəklində.

Xomeyni inqilabının müdrikliyini, baxışını və mahiyyətini dərk edən ən yaxşı tələbələrdən biri İbrahim Rəisi Ali rəhbər Xameneinin yalnız prezident vəzifəsi üçün deyil, həm də öz varisi olması üçün illərdir hazırladığı bir şəxsdir. Buna görə də, seçkilərdə qələbəsini elan edən ən güclü namizəd olması təsadüfi deyil.

İran rejimi Amerika liberal solunun bütüm propoqandasının, əslində, tam olaraq bir demokratiya axtarışında olmadığını, əksinə formaca Qərb demokratiyasına bənzər bir şey istədiyini çox yaxşı başa düşüb. İran modeli də bütün bunları əhatə edir. Lakin seçki qutularının prezidentliyi kimin qazanması ilə heç bir əlaqəsi yoxdur. Namizədlər tək formada və Konstitusiyanı Qoruma Şurası tərəfindən seçilir. Seçici dini liderin “fətva”sı ilə seçkiyə gedir, ancaq nəticə əvvəlcədən müəyyənləşdirilib və dəyişdirmək də mümkün deyil.

Corc Tarabişi yazır: “Demokratiya özlüyündə ictimai bir anlayış olduğu üçün tam siyasi demokratiya yoxdur. Demokratik azadlıq qaçılmaz şəkildə seçkidə həll olunursa, o zaman onun başlanğıcını yaradan şey insanların düşüncələridir. Düşüncələrlə seçki qutusu birlik içində deyilsə, onda seçki qutusu çoxluğun təzyiqindən ibarət olur”. Məhz bu sözlər İran seçkilərinə aiddir.

Demokratiyanı, sanki, insan zəkasının çata biləcəyi son mərhələ, “tarixin sonu” və bəşəriyyət üçün yeganə model kimi önə sürmək insan beyninə səthi yanaşmaq deməkdir. Son təhlildə demokratiya “ədalət” qazamaq üçün bir mexanizmdir. Ancaq bu şəkildə şişirdilməsi onu mədəni kontekstlərə sahib ölkələr üzərində təzyiq yaradacaq bir silaha çevirir. Bunu nəzərə alaraq Qərb demokratiyanın var olduğuna inandıran formalarla kifayətlənir, lakin bunların real olmasına və lazım olanları yerinə yetirməsinə ehtiyac yoxdur.

ABŞ qüvvələrinin Əfqanıstandan tez-bazar geri çəkilməsi, ölkəni terrorçuluq və Taliban tərəfindən yağmalanmağa tərk etməsi fonunda, mövcud “liberal sol” dönəmdən əvvəlki “neo-mühafizəkarlar” dönəmində Əfqanıstandakı Hindiquş dağlarında seçki qutularının necə heyvanların üstündə daşındığı xatirinizdə olar. Bu qutular Əfqanıstanda heç nəyi dəyişdirə bilmədiyi kimi, İranda da heç bir şeyi dəyişdirmir.

2009-cu ildə İran xalqı radikal Əhmədnejadın qalib gəlmək üçün seçkilərdə etdiyi geniş saxtakarlığa qarşı ictimai etirazlar keçirmişdilər. Rejim bundan sonra təhlükəsizlik aparatını və təzyiq vasitələrini təkmilləşdirmiş, insanlara dəmir və atəşlə boyun əydirmişdi. Ardınca da 2011-ci ildə Ərəb Baharı gəlib yetişdikdə dini lider Xamanei ərəb dilində çıxış edərək o vaxt “şirin inqilablar” adlandırdığı prosesin xəbərini vermişdi. Bu gün gülünc olan məqam isə 2009-cu ildə qalib gəlmək üçün seçkini saxtalaşdıran bir İran prezidentinin, bu dəfə açıq şəkildə İbrahim Rəisi üçün edilən saxtakarlıq barədə danışmasıdır. Görünür, öz təcrübəsini bölüşmək istəyib.

İnqilabın dini lideri Əli Xamaneinin seçkilərdə iştirak etməsi üçün xalqa yalvarması da sonuncu İran seçkilərində gözdən qaçmayıb. Sanki, dini lider olaraq xalqdan səs dilənirdi. Məqsədi nəinki rifah yaratmaq, hətta ədaləti bərqərar etmək və ya inkişafı təmin etmək belə deyil. Əksinə, sadəcə olaraq Qərbi Xamenei rejiminin güçlü olduğuna inandırmaq istəyir. Verilən açıqlamalar bunu tam olaraq ortaya qoyur.

Bölgədəki ölkələr qarşıdakı bir neçə il ərzində ən pis ehtimalı gözləməlidirlər. Vyana müzakirələrindən çıxarılmalı olan nəticə İran rejiminin şiddətini və nifrətini daha da artıracaq. Güc balansındakı yeniliklər də regional olaraq ittifaqların məzmununda və mövcud beynəlxalq quruluşunda bir dəyişiklik yarada bilər. Tarix hər zaman yeniliklərə effektiv cavab verə bilən dövlətlərin, millətlərin və xalqların uğuruna və davamlılığına şahid olub.

Tanınmış misirli aktyor Salah əl-Saadani bir televiziya müsahibəsində “bənzərlik nəzəriyyəsi” adlandırdığı bir məsələdən bəhs etmişdi: “Mənim bənzərlik adlandırdığım və qaydaları müəyyənləşdirdiyim bir nəzəriyyəm var. Bizim bütün dünyada olduğu kimi hər şeyimiz var. Məsələn, futbol federasiyamız, azarkeşlər üçün tribuna, futbolçular üçün geyim otaqlarımız, meydanda oynayan 22 futbolçumuz, hakimlərimiz və komandaları dəstəkləyən azarkeşlərimiz var. Amma oyunun özü futbol deyil, sadəcə futbola bənzər bir şeydir. Çünki digər ölkələrdə də olduğu kimi, filmlərimiz, kameralarımız və çəkilişlərimiz var, amma sadəcə olaraq onlara bənzəyirlər. Biz bütün həyatımızda, iqtisadiyyatımızda, sənayemizdə və kənd təsərrüfatımızda digər ölkələrə bənzəyirik, ancaq qətiyyən onlarla eyni deyilik”.

Sözügedən bu “bənzərlik nəzəriyyəsi” məqalədə danışılan məsələni açıqlamaq baxımından vacibdir. Dünyanın İran seçkilərində gördüyü yeganə şey dünyada baş verənlərin bir bənzəridir, lakin eynisi deyil. İki durum arasındakı bənzərlik əsas ziddiyəti ortadan qaldırmır. Bu paradoks beynəlxalq qüvvələrin formayla, yoxsa məzmunla maraqlandığını üzə çıxarır.

Təhsilli bir sənətçi tərəfindən ortaya atılan bu teoriya siyasi və sosial elmlərdə təsviretmənin çətin olduğu bir vəziyyətdə, xüsusilə də İranın bir sıra ərəb ölkəsinə nəzarət etməsindən sonra, bölgədə baş verənlərlə bağlı faydalı bir açıqlama modeli təqdim edir. İranın nəzarət etdiyi bu ölkələr işğal edilmiş, qərar mexanizmləri yeni talançının əlində olan, lakin “ölkə” təsvirinə uyğun gələn ölkələrdir. Bu model İraqSuriyada olduğu qədər, Livan və Yəməndə də açıq şəkildə görünür.

Nəhayət, İran rejimin “vilayəti Fəqih” üzərindən təqdim etdiyi diktatör teokratiyası modeli öz “nasist” hədəflərinə çatmaq üçün formaca Qərbə uyğunlaşmaqda bir problem görmür. Yəni ki, Hitler başı sarıqlı və saqqallı da ola bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar