Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ölkənin elektrik şəbəkəsinin Azərbaycan və Rusiya şəbəkələrinə qoşulmasına hazırdır

PİA.az xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşdə deyib.

O bildirib ki, ölkəsi İranAzərbaycan arasında elektrik mübadiləsinin inkişaf etdirilməsinə və davam etdirilməsinə hazırdır: “İran, AzərbaycanRusiya arasında elektrik əməkdaşlığı üzrə araşdırma aparılıb və İran bu ölkələrlə elektrik şəbəkəsini sinxronlaşdırmağa hazırdır. Yay və qışda bu ölkələrin fərqli pik istehlakı dövrləri səbəbindən müxtəlif vaxtlarda ölkələrin elektrik ehtiyaclarını ödəmək üçün elektrik tranzitini artırmaq mümkündür”.

İranAzərbaycan arasında su və enerji sahələrində uzun müddət davam edən münasibətlərə toxunan Ə.Mehrabian: “Azərbaycan, qaz hasilatı və elektrik enerjisi istehsalı daxil olmaqla, enerji sektorunda çox yaxşı nailliyətlər əldə edib.

Qərbi Asiyanın enerji bazarındakı əsas oyunçulardan biri olaraq, İran indi bölgədəki böyük bir elektrik enerjisi təminatı mərkəzi kimi ortaya çıxır, çünki ölkə öz güc şəbəkəsini qonşu ölkələrlə sinxronlaşdırmaqda geniş əhatəli plana əsaslanır”.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında ilk dəfə İran İraqın milli elektrik şəbəkəsi ilə enerji şəbəkəsini sinxronizasiya edib və indi Enerji Nazirliyi RusiyaAzərbaycanın elektrik şəbəkələrini İran şəbəkələri ilə birləşdirməyi planlaşdırır.

Sentyabr ayında keçmiş energetika naziri Reza Ardakanian, İran, AzərbaycanRusiyanın elektrik şəbəkələrinin sinxronlaşdırılması üçün bir araşdırma layihəsinin Nazirliyi tərəfindən aparıldığını açıqlamışdı.

R.Ardakaniyanın sözlərinə görə, İranRusiyanın güc şəbəkələrinin sinxronlaşdırılması üçün iki mümkün marşrut var, bunlardan biri Ermənistan və Gürcüstan vasitəsilə, digəri isə Azərbaycan vasitəsilədir.

Azərbaycan vasitəsilə marşrut hazırda daha çox məqbuldur və İran bu ölkəyə daha çox meyllidir, çünki Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə 2019-cu ilin fevral ayında keçirilən görüşdə Ardakanian iki ölkənin elektrik şəbəkələrinin sinxronlaşacağını açıqlamışdı. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar