Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Bakı ilə Tehran arasında başqa hansı problemlər qalıb?..

Politoloq: “Çox düzgün və müdrik addım atılıb. Azərbaycanla İran arasındakı münasibətlərin korlanmasına təkan verən iblisvari insanlar artıq öz qınına çəkilməkdədir”.

“Son zamanlar İranAzərbaycan arasında yaşanan qarşıdurmalar, söz atışmaları, mənasız tənqidlər və əsassız ittihamlar artıq geridə qalır”.

Bu sözləri politoloq Qabil Hüseynli İranın öz yük maşınlarına Qarabağa və Laçına girməyi qadağan etməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən “Mehr” agentliyinin yaydığı xəbərə əsasən İran öz yük maşınlarına Qarabağa və Laçına girməyi qadağan edib. Bu barədə İran Yollar və Yol İdarəçiliyi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hedayati Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına yazdığı məktubda deyilir.

Yol idarəsi, rəsmi məlumatında, Ermənistan ərazisindən Azərbaycan Respublikasının ərazisi olan Qarabağa və Laçın rayonunun (Şərqi Zəngəzur) ərazisinə girməsinin, habelə bölgə ilə hər hansı bir ticarət müqaviləsinin imzalanmasının qadağan edilməsindən xəbər verir.

Bunun qarşılığında isə Azərbaycan saxlanılan iki iranlı sürücünü qarşı tərəfə verdi.

Bu məlumatı Azərbaycanın haqqlı tələbinin təmin olunması və İran-Azərbaycan münasibətlərinin normallaşması kimi qəbul etmək olarmı? Həmçinin Bakı ilə Tehran arasında başqa hansı problemlər qalıb?

İranAzərbaycan münasibətlərini bundan sonrakı mərhələsini PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Artıq iki dövlət arasındakı anlaşılmazlıqlar tarixə qovuşur”.

İranın və Azərbaycanın siyasi rəhbərliklərinin müdrik qərar qəbul etdiklərini düşünən politoloq PİA.az-a bildirib ki, Azərbaycan tərəfi iki həbs olunmuş İran sürücüsünün İrana təhvil vermək prosesini həyata keçirdi:

“Çox düzgün və müdrik addım atılıb. Azərbaycanla İran arasındakı münasibətlərin korlanmasına təkan verən iblisvari insanlar artıq öz qınına çəkilməkdədir. İki qardaş xalqı bir-birinin üstünə qaldırmaq istəyənlər məqsədlərinə çata bilmədilər. İranın və Azərbaycanın siyasi rəhbərlikləri müdrik qərar qəbul etdilər. Azərbaycan tərəfi iki həbs olunmuş İran sürücüsünün İrana təhvil vermək prosesini həyata keçirdi.

Düşünürəm ki, artıq iki dövlət arasındakı anlaşılmazlıqlar tarixə qovuşur. İranAzərbaycan qədər bir-birinə yaxın olan, qardaşlıq, ümumi mədəniyyət telləri, dini tellərlə bağlı olan iki xalqın gərgin vəziyyətdə yaşamasını heç bir məntiqə sığışdırmaq olmurdu. Azərbaycanİran uzun illər boyu qardaşlıq şəraitində yaşayıb. Bizi digərimizdən ayırmaq demək olar ki, mümkün olmayıb.

Qabil Hüseynli: “İranla əvvəlkindən daha da yaxşı münasibətləri qurmaq üçün yeni bir yola qədəm qoyuruq”.

Son zamanlar İranAzərbaycan arasında yaşanan qarşıdurmalar, söz atışmaları, mənasız tənqidlər və əsassız ittihamlar artıq geridə qalır. İranla əvvəlkindən daha da yaxşı münasibətləri qurmaq üçün yeni bir yola qədəm qoyuruq. Bu yol uğurlu olsun.

İran-Ermənistan əlaqələri İranla Azərbaycanın arasını soyudan əsas məsələ idi. Düzdür rəsmi Bakı və Tehran arasında bir sıra xırda məsələlər var. Amma bu gün onları yada salmaq istəmirəm. Çünki artıq yaxşı işlərdən danışmaq lazımdır. Güman edirəm ki, İran da öz müsəlman qardaşını, şiə qardaşını yaxşı başa düşəcək və onun haqq işini bundan sonra dəstəkləyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - Yenilənib, Foto, Tam mətn

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri başa çatıb - Yenilənib

Ən çox oxunanalar