Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran-İsrail münasibətlərinin Azərbaycana və Cənubi Qafqaza təsirləri...

İran-İsrail münasibətlərinin gərginləşməsinin təsirləri həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda hiss olunur…

Politoloq: “Azərbaycan-İran münasibətləri öz çığırından çıxıb. Amma hesab eləmirəm ki, bu gərginlik və siyasi proseslər gələcəkdə iki ölkə arasında müharibəyə qədər inkişaf edə bilər. İran bu müharibədə təklənəcəyini və son nəticədə fəlakətli bir sonluğa gedəcəyini yaxşı bilir”.

“Tarixən İran-İsrail qarşıdurması, bu qarşıdurmanın baş verdiyi coğrafiyaya daha çox təsir edib… Lakin Azərbaycan-İran münasibətlərindəki gərginliklərin nüvəsində heç də Azərbaycan-İsrail münasibətləri dayanmır”.

Bu sözləti politoloq Samir Hümmətov İran-İsrail münasibətlərinin Azərbaycana və Cənubi Qafqaza təsirlərini PİA.az-a şərh edərkən deyib.

Qeyd edək ki, son zamanlar İran-İsrail münasibətlərinin gərginləşməsinin təsirləri həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda hiss olunur. Bu gərginlik Cənubi Qafqazda güc balansına hansı səviyyədə təsir edir və bu konteksdə Azərbaycan-İran münasibətləri öz cığırından çıxa bilərmi?

Mövzi ilə bağlı PİA.az politoloq Samir Hümmətovun fikirlərini öyrənib.

Samir Hümmətov: “Azərbaycanda heç bir halda İran kimliyi mövcud deyil və belə bir kimlik də mövcud olmayıb. Əslində Azərbaycan-iran münasibətlərinin gərgin olmasının nüvəsində də bu dayanır”.

İranın İsraillə gərgin münasibətlərinin son 40 illik tarixə dayandığını vurğulayan politoloq PİA.az-a bildirib ki, bu qarşıdurma adətən İsrail və İran coğrafiyasının kənarda baş verir və qarşıdurmanın baş verdiyi coğrafiyalarda da ağır təsirlər buraxır:

İran İslam Respublikasının İsraillə münasibətlərinin gərginləşməsi bu günə aid dedyil. Bu münasibətlər 1979-cu ilsə İranda baş verən inqilab nəticəsində hakimiyyətə gələn teokratik rejim tərəfindən pozulub. Xomeyninin rəhbərliyinə keçən İran elə həmin vaxtdan İsraillə və Qərblə münasibətlərini sıfırlayıb. Yəni son 40 il müddətində İran Qərbə və İsrailə qarşı yürütdüyü siyasətdə birmənalı olaraq qarşıdurma platformasından çıxış edib.

Qeyd edim ki, buna baxnmayaraq, 1988-ci idə İran-İraq müharibəsi baş verərkən İsrail İrana müəyyən qədər silah verib. Buna baxmayaraq müharibədən sonra İran İsrailə qarşı bütün Yaxın Şərq müstəvisində aqressiv siyasətini daha da genişləndirib.

1990-cı illərin sonlarından, 2000-ci illərin əvvəlindən isə İran İsraili yox etməyi qarşısına əsas məqsəd qoyub. Xatırladım ki, belə bir bəyanatla ən yüksək səviyyədə İran rəsmiləri çıxış ediblər. Onların arasında İran prezidenti Mahmud Əhmədihejat və İranın Ali Dini lideri SeyidƏli Xamaneyi də olub.

Yəni İran-İsrail gərginliyinin yaranması və böyüməsinin 40 illik tarixi var. İran-İsrail qarşıdurması Fələstin üzərindən başlayıb, sonra Yaxın Şərqin bir sıra ölkələrində davam edib. Son 10-15 ilə baxarsaq, İran İsrail qarşıdurması İraqda, Suriyada, Yəməndə və bəzi Şimali Afrika ölkələrində, misal üçün Livanda ən üst səviyyədə olub. Yəni İran İsrailin güçlü olduğu yerlərə həmişə nüfuz etməyə çalışıb. Həmçinin İsrail də həmişə İranın maraq və nüfuz dairəsini müxtəlif yollarla qısıtlamağa və qapatmağa çalışıb.

İndi bəzi geosiyasi proseslər bu qarşıdurmanı Cənubi Qafqaza qədər gətirib çıxarıb. Artıq bir sıra beynəlxalq güclər İran-İsrail qarşıdurmasını Cənubi Qafqaz üzərindən öz “oyunlarına” daxil ediblər.

Samir Hümmətov: “İran hesab edir ki, Türkiyənin və İsrailin Cənubi Qafqazadakı mövcudluğu hər bir halda Azərbaycanı gücləndirir və bu güc mərkəzini də özünə qarşı əsas təhlükə mənbəyi olaraq görür”.

Tarixən İran-İsrail qarşıdurması, bu qarşıdurmanın baş verdiyi coğrafiyaya daha çox təsir edib. Buna Livanı, İraqı, Suriyanı və hətta Fələstinin özünü misal olaraq göstərmək olar. Belə bir qarşıdurmanın Azərbaycana təsirləri ilə bağlı sual isə doğrudan maraqlıdır və mən deyim ki, Azərbaycan-İran münasibətlərindəki gərginliklərin nüvəsində heç də Azərbaycan-İsrail münasibətləri dayanmır. Ancaq Azərbaycanın İsraillə inkişaf edən münüsibətləri indi İran-Azərbaycan münasibətlərinə daha çox təsir etməyə başlayıb.

Mən deyərdim ki, İranın Azərbaycana qarşı mövqeyi və yanaşması ümumiyyətlə sağlam deyil və son yüz ildə Azərbaycanın ik dəfə müstəqillik əldə etməsini və son 30 ildə öz dövlətçiliyini kifayət qədər möhkəmləndirməsini İran həzm edə bilmir. Xatırladım ki, hələ 90-cı illrin əvvəlində Azərbaycan müstəqilliyini əldə edərkən İran Azərbaycanı özünün şimal əraziləri olaraq görür və İran mediası da belə bir iddia ilə çıxış etməkdən çəkinmirdi. Hətta bu absurd iddia İranın bəzi rəsmilərinin dilindən də eşidilib.

Bilirik ki, İran daxilində 40 milyondan artıq azərbaycanlı yaşayır və İranda 1000 ildən artıq bir tarixdə bu azərbaycanlılar hakim sülalələr olublar. İranda fars ideologiyası və fars hakimiyyəti ancaq 100 ilə yaxındır mövcuddur və mən qeyd etməliyəm ki, cənubdakı soydaşlarımızın böyük əksəriyyətində hələ də İran kimliyi qorunu saxlanılır. Lakin Azərbaycanda heç bir halda İran kimliyi mövcud deyil və belə bir kimlik də mövcud olmayıb. Əslində Azərbaycan-iran münasibətlərinin gərgin olmasının nüvəsində də bu dayanır. Yəni Tehranda hesab edirlər ki, Şimali Azərbaycanın müstəqilliyi İran fars dövlətçiliyi üçün həyati təhlükə daşıyır. Ona görə də iki ölkə arasında səmimi münasibətlərin qurulması mümkünsüz görünür. Daha doğrusu bu mümkünsüzlüyü yaradan Tehranın yürütdüyü ikiüzlü və qeyri-səmimi siyasətdir. Yəni haradan baxarsaq, baxaq, İran bizi ösünə dost ölkə kimi görmür, üstəlik təhlükə kimi görür. İndi isə İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə qalxması bu gərginliyin üstünə benzin tökür.

İndi Azərbaycan İsraildə səfirlik açır və qeyd edim ki, İsrailin Azərbaycanda səfirliyi 1993-cü ildən fəaliyyət göstərir. Səfirliyin açılması, həm də Türkiyənin də yenidən İsraildə səfirlik açması və bunların eyni vaxta təsadüf etməsi İranı çox narahat edir. Ona görə də İran Azərbaycan və Türkiyənin regiondakı hər hansı bir layihələrinə, o cümlədən “Zəngəzur layihəsi”nə qarşı çıxır. İran hesab edir ki, Türkiyənin və İsrailin Cənubi Qafqazadakı mövcudluğu hər bir halda Azərbaycanı gücləndirir və bu güc mərkəzini də özünə qarşı əsas təhlükə mənbəyi olaraq görür. Buna cavab olraq isə İran bütün imkanları ilə işğalçı Ermənistanı dəstəkləyir və hesab edir ki, məhz Ermənistanın vasitəsi ilə Azərbaycanı zəiflədə və cilovlaya bilər.

Samir Hümmətov: “Azərbaycana qarşı hərbi əməliyyata başlayarsa, Rusiya da seyrçi qalmayacaq. Çünki Moskva Tehranın Cənubi Qafqazdakı hərbi varlığını heç cür qəbul edə bilməz, buna da imkan verməz”.

Mən hesab edirəm ki, bu konteksdə Azərbaycan-İran münasibətləri öz çığırından çıxıb. Amma hesab eləmirəm ki, bu gərginlik və siyasi proseslər gələcəkdə iki ölkə arasında müharibəyə qədər inkişaf edə bilər. İran bu müharibədə təklənəcəyini və son nəticədə fəlakətli bir sonluğa gedəcəyini yaxşı bilir. Çünki Azərbaycanın Türkiyə ilə “Şuça Bəyannaməsi” var, İsraillə də çox yüksək səviyyədə hərbi əməkdaşlığı mövcuddur. İsraillə birlikdə isə münaqişəyə ABŞ-da qatılacaq. İran onu da bilir ki, Azərbaycana qarşı hərbi əməliyyata başlayarsa, Rusiya da seyrçi qalmayacaq. Çünki Moskva Tehranın Cənubi Qafqazdakı hərbi varlığını heç cür qəbul edə bilməz, buna da imkan verməz.

Ona görə də İran Ermənistan vasitəsi ilə Azərbaycanı zəiflətməyə çalışır. Yəni İran Azərbaycanla Ermənistan arasında sülhün, Türkiyə ilə Ermənistan arasında normallaşmanın olmasını istəməyən birinci ölkədir. Çünki bu sülh İranın bütün sərhədləri boyunca təklənməsinə və təcridinə səbəb olacaq.

Bütün bunalrı cəmləşdirərk deyə bilərik ki, yaxın zamanlarda İran-İsrail münasibətlərinin Azərbaycana təsir etməyə başladığı indiki dönəmdə müharibə variantı istisna olunsa da, Bakı-Tehran münasibətləri həddindən artıq yüksək gərgin fazaya girəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar