Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İran-İsrail dəniz müharibəsi qızışır

İranla İsrail arasında dənizlərdə qeyri-rəsmi müharibə davam edir. İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham edib. Hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Əslində hücuma məruz qalan “Mercer Street” adlı gəmi Liberiya bayrağı altında üzür və Yaponiyaya məxsusdur. Ancaq gəminin idarəetməsi İsrailin “Zodiac Maritime” şirkətinə məxsusdur. Bu, il başlayandan İsrail şirkətlərinə məxsus 5-ci gəmiyə hücum əməliyyatıdır.

Gəmiyə hücum zamanı gəmidə xidmət edən Böyük Britaniyanın və Rumıniyanın vətəndaşları həlak olublar. Buna görə də İranın bu iki ölkədəki səfirləri Böyük Britaniyanın və Rumıniyanın Xarici İşlər Nazirliklərinə çağrılıblar.

Tehran ittihamları rədd edib. Ancaq o da məlumdur ki, İsrail İranın və Tehrana bağlı “Hizbullah” təşkilatının Suriyadakı mövqelərini zaman-zaman bombalayır. Digər tərəfdən İsrail İranın Suriyaya neft daşıyan tankerlərini də hədəf alır. Ümumiyyətlə İsrail də İranın Suriyaya istiqamətlənən gəmilərini rahat buraxmır. Böyük ehtimalla Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirib. İsrail və ABŞ arasında mövcud durumla bağlı məsləhətləşmələr başlayıb. Yayılan xəbərlərə görə, Vaşinqton İsrailə İranın mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirməyə yaşıl işıq yandırıb.

Dəniz müharibəsi İranda mühafizəkar İbrahim Rəsinin hakimiyyətə gəldiyi dövrə təsadüf edib. Həsən Ruhanidən fərqli olaraq İbrahim Rəisi və İslam Keşikçilər Korpusu İsraillə mübarizədə sərt addımlar atmağa hazırdılar. İranda bir neçə il ərzində nüvə alimlərinin qətlə yetirilməsində də İsrail izi axtarılır. Tehranda bunun intiqamı haqqında da düşünürlər.

İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir. Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə “nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır. Bu gedişat Vaşinqtonun Tehranla “nüvə sazişi” imzalamasını ləngidə bilər. Ağ Evin hazırki sahibi Co Bayden Donald Trampdan fərqli olaraq nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Bayden daxili müxalifətin təzyiqi ilə üzləşəcək.

Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya “nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı “intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını risqə atmalıdır.

İran-İsrail qarşıdurmasını Azərbaycanın maraqlarına cavab vermir. Bakı İranla və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb və bu nümayəndəliyin yaxın müddətdə Azərbaycanın bu ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Sensasiya: Vladimir Jirinovski ermənilərə dəstəyi dayandırmaq çağırışı etdi

1 əsrdir yaşayış olmayan evə girdi - inanılmaz mənzərə ilə üzləşdi - Foto

İlham Əliyevə müraciət: “Qubadlıda yanğınlar olur, yararlı evlər dağıdılır”

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"

Nazirlikdən medalını satışa çıxaran qazi ilə bağlı açıqlama

Ən çox oxunanalar