Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran indi də Rusiyanı arzulayır

İran Silahlı qüvvələrinin qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Bakiri bəyan edib ki, ölkəsi özünün şərqə istiqamətlənmiş siyasətinə uyğun olaraq Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini yüksəldəcək.

İran ordusunun beyni olan Baş qərargaha rəhbərlik edən general Bakiri Sergey Şoyqunun dəvəti ilə getdiyi Moskvadan gümrah və ruhlanmış halda qayıdıb. Səfərin gündəliyində iki mövzu vardı - Rusiyadan silah almaq və Əfqanıstan. Və Bakiri deyir ki, tərəflər hər iki məsələdə tam razılığa gələ bilib.

Bu müqavilələrlə bağlı Moskva da, Tehran da konkret heç nə söyləmədiyindən güman etmək olar ki, reallıqda hər şey heç də Bakirinin təqdim etməyə çalışdığı dərəcədə nikbin deyil. Tehran Pekinlə olduğu kimi Rusiya ilə də 25 illik strateji əməkdaşlıq sazişi imzalamaqdan çox uzaqdır. Rusiya tərəfi ilə hərbi-texniki sahədə əməkdaşlıq da İran üçün reallıqdan daha çox arzu və ümidlər səviyyəsindədir.

Bakiri Moskvadan çəhrayı xəyallarla və hədsiz gözləntilərlə qayıtdı...

İlk növbədə ona görə ki, İranla əməkdaşlığın dərinləşməsində Moskvanın marağı məhdud xarakter daşıyır, xüsusən də söhbət hərbi sahədən gedirsə. Çin-İran strateji əməkdaşlığı məsələsindəki tarixçə təkrarlanır - Tehranla sıx əlaqələr Səudiyyə Ərəbistanı, BƏƏ və İsraillə münasibətləri mürəkkəbləşdirə bilər. Hələ ABŞ-ın reaksiyasından danışmırıq. Bu isə Moskvaya qətiyyən lazım deyil, onsuz da onun xarici siyasət səhnəsində problemləri yetərincədir.

Üstəlik, İran silahları böyük həcmdə, ancaq kreditlə əldə etmək istəyir - Rusiya tərəfi buna hazır deyil. Deməli, İranın silah alışı məhdud xarakter daşıyacaq - kiçik partiyalarla alaraq əldə etdiyi nümunələrin nüsxələrini hazırlayacaq. Bu isə Moskvaya sərf etmir.

Və nəhayət, ən əsası - əməkdaşlıq münasibətləri özündə bu və ya digər bölgələrdə fəaliyətin müəyyən səviyyədə razılaşdırılmasını ehtiva edir. Bu anlamda İran Rusiya üçün çox əlverişsiz əməkdaşdır, çünki Tehran özünün beynəlxalq münasibətlərdə “əlahiddəliyinə” çox güvənir. İranın xarici siyasəti olduqca eksklüzivdir və müttəfiqləri üçün çoxlu sürprizlər vəd edir - stabillik sıfırdır və bu, çətin ki kiminsə xoşuna gəlsin.

Moskva riskləri hesablayır və anlayır ki, Tehranla uzlaşmaq və sinxronlaşmaq alınmayacaq, Suriya misalı buna parlaq sübutdur. Tehranı durdurmaq üçün Rusiyanın yalnız bir vasitəsi var - siyasət, ona isə bel bağlamaq çətindir, bu substansiya çox dəyişkəndir.

Moskvanın İran bazarında yeri çox dardır, orada Rusiyanın iri şirkətləri üçün perspektiv azdır, orta və kiçik biznesdə isə İran kənd təsərrüfatı məhsullarının tədarükünü çıxmaqla digər sahələrdə Rusiya ilə çalışmağa hazır deyil.

Nəticədə bəlli olur ki, 2 milyard dollar həcmində ticarət dövriyyəsi və silah müqavilələri Rusiyaİranın mümkün əməkdaşlığı üçün maksimumdur. Bu cür xırda məbləğlə strateji əməkdaşlıq qurmaq olmaz. Ona görə də general Bakirinin səfəri ilə bağlı İran tərəfinin nikbin bəyanatları tamamilə dekorativ xarakter daşıyır: şirin arzular, ifrat gözləntilər, nikbin perspektivlər - ancaq konkretlik yoxdur.

Müəllif: Yuliya Medvedeva, haqqin.az saytının Moskva müxbiri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar