Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran Azərbaycan dövlətinə gözdağı vermək istəyir” - Politoloq

Bu terror hadisəsi sıradan bir cinayət işi ola bilər?...

Politoloq: “İran rəhbərliyi həmişə deyirdi ki, Azərbaycan bir neçə məsələ ilə bağlı fikirlərini dəyişməsə səfirliklərinə hücum edəcəyik”.

Azərbaycanın İrandakı səfirliyinə hücumun olması əvvəlcədən müəyyən təxribatçı qüvvələr tərəfindən hazırlanıb”.

Bu sözləri politoloq Qabil Hüseynli İrandakı səfirliyimizə ediləm hücumu PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib, ölən və yaralanan var. Hücumla bağlı Tehran polisi bildirib ki, səfirliyə Kalaşnikov avtomatından atəş açan şəxs hadisə yerinə iki azyaşlı övladı ilə gedib və təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri ilə bağlı olduğunu bildirib.

Bu izahı nə qədər məntiqli hesab etmək olar? Ümumiyyətlə bu hücumu necə dəyərləndirmək olar və hücumun siyasi hədəfləri nə ola bilər?

İrandakı səfirliyimizdə həyata keçirilən terror aktını PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “İran səfirliyimizə edən hücuma görə beynəlxalq miqyasda cavab verməlidir”.

Tehranın səfirliyimizə hücum təşkil etməklə Azərbaycan dövlətinə gözdağı vermək istədiyini düşünən politoloq PİA.az-a bildirib ki, onların ağıllarına görə guya Azərbaycan bu hücumdan qorxacaq:

“Ailə daxili münaqişənin səfirliyə nə aidiyyətı var? Ailə daxili münaqişə nəticəsində İrandakı səfirliyimizə hücum edilməsi iddiası gülünc görünür. Bu mümkün olan bir şey deyil. Bu idda İran mallarının kafasından çıxan fikirdir. İran rəhbərliyi həmişə deyirdi ki, Azərbaycan bir neçə məsələ ilə bağlı fikirlərini dəyişməsə səfirliklərinə hücum edəcəyik. Onlar bu hücumu öz əhalilərinin beyinləri yerləşdirdilər.

Azərbaycanın İrandakı səfirliyinə hücumun olması əvvəlcədən müəyyən təxribatçı qüvvələr tərəfindən hazırlanıb və bu gün səhər saatlarında da səfirliyə hücum olunub. İran səfirliyimizə edən hücuma görə beynəlxalq miqyasda cavab verməlidir. Onlar çox böyük başlarından yekə qələt etdilər. Buna görə də mütləq cavab verməlidirlər.

Tehran səfirliyimizə hücum təşkil etməklə Azərbaycan dövlətinə gözdağı vermək istəyir. Onların ağıllarına görə guya Azərbaycan bu hücumdan qorxacaq.

İran səfirliyə edilən hücumla bağlı nə deyirsə desin, bunların hamısı istiqaməti dəyişmək cəhdi olacaq. Azərbaycan İrandakı səfirliyinə xüsusi təchizat qurupunu göndərməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar