Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran altı ay ərzində “xam” nüvə silahları yarada bilər – Hesabat

İsrailin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun yeni hesabatında Tehranı nüvə silahı yaratmaqdan çəkinmənin yolları aydın təsvir olunub…

PİA.az xəbər verir ki, Beyin Mərkəzinin The Jerusalem Post tərəfindən nəşr edilən yeni hesabatında İranın altı ay ərzində bir neçə “xam” nüvə silahına nail olmaq üçün sürətləndirilmiş səylərə başlaması ehtimalı barədə xəbərdarlıq edilir.

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun prezidenti Devid Olbraytın bazar ertəsi təqdim etdiyi hesabata görə, İsrailin yüksək səviyyəli rəsmiləri bu yaxınlarda The Jerusalem Post-a İslam Respublikasının silah qrupunun ballistik raket vasitəsilə nüvə başlığı çatdıra bilməsinə iki il qaldığını desələr də, bu proses tezləşə və daha aktual təhlükəyə çevrilə bilər. Populyar müzakirələrdə bu silah tez-tez “çirkli bomba” və ya "çamadan nüvə bombası" olaraq adlandırılır. Əslində məsələ daha mürəkkəbdir və həqiqətən də olduqca ciddi təhdiddir.

“Çirkli” nüvə bombası nədir?

Əlavə nüans ondan ibarətdir ki, heç bir nüvə qurğusu, nə qədər kiçik olsa da, həqiqətən bir çamadana sığmır və ya bir nəfər tərəfindən gəzdirilə bilməz. Primitiv, kustar şəkildə hazırlanan və ya “xam nüvə bombası” deyilən silahdan narahat olan ekspertlər onun yük maşını kimi nəqliyyat vasitəsi ilə çatdırılmasını müzakirə edirlər. Belə bir nüvə silahının partlayıcı gücü ballistik raketlə çatdırılan tam hüquqlu silahdan qat-qat az olardı, lakin yenə də dağıdıcı ola bilər.

Nüvə döyüş başlığının ballistik raket vasitəsilə ölçülməsi, kiçildilməsi və partlatılması ilə bağlı bütün çətinlikləri həll etmək məcburiyyətindən qaçmaqla, bu iş təxminən altı ay ərzində görülə bilər. Hesabatda qeyd edilir ki, ayətullahlar 2003-cü ildən başlayaraq İranın müxtəlif yerlərində “cirkli nüvə bombası”nın komponentlərini gizlədiblər və altı ay müddətində əsl nüvə bombasını hazırlamaq üçün lazım olan çoxsaylı nüvə komponentlərini bir araya gətirmək mümkündür. Olbraytın son hesabatının məqsədi proqramın reallaşması müddətindən asılı olmayaraq, İranın nüvə silahı yaratmaq barədə yekun qərarın qəbul etməsinə mane olmaq və ya onu bu yoldan çəkindirməkdir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarına görə, İran artıq bir neçə ay ərzində dörd nüvə bombası istehsal etmək üçün kifayət edəcək 60% və 20% zənginləşdirilmiş uran qarışığına malikdir.

Zamanın nüvə böhranı

Hesabatda əvvəlcə, Tehranın nüvə qurğusunun tikintisini başa çatdırmaq üçün prosesi sürətləndirmək üçün necə addım atacağı araşdırılır. Bəzi analitiklər İranın seçimini ikili kimi təqdim etsələr də, əsas plan hazırlanması iki il çəkəcək tam nüvə raketi yaratmaq səylərini bir kənara qoyub, sadəcə olaraq sürətləndirilmiş “xam” cnüvə bombasının yatadılmasıdır. Olbrayt bildirib ki, ayətullahlar paralel yollarda asanlıqla irəliləyə bilərlər.

Hesabata görə, “Tez-tez təbliğ olunan cəlbedici manevr odur ki, İran rəhbərliyi nüvə silahı yaratmaq qərarına gəlməyib və onun nüvə silahı proqramı yoxdur. Lakin İran kimi bir ölkə üçün sadələşdirilmiş ikili model kifayət etmir.

“Eyni şəkildə, bu tip təsnifat 1980-ci illərdə, rejim rəhbərliyinin tələb etdiyi təqdirdə qısa müddətdə nüvə silahı yaratmağa hazır olmaq proqramına malik olan Tayvana şamil edilmirdi. Tayvan faktiki olaraq nüvə silahı yaratmaq qərarına gəlməmişdi və ya onları yaratmaq niyyətində deyildi, lakin Çinin işğalı qaçılmaz olarsa, bunu tez bir zamanda etməyə hazır olmaq istəyirdi”, deyə hesabatda deyilir.

Belə olan halda, həmin vaxt ABŞ nəinki proqramı bağlamaq üçün dramatik və gizli addımlar atmaq əzmini nümayiş etdirdi, həm də Tayvanın tədqiqat reaktoru, gizli plutonium ayırma zavodu və geniş məxfi nüvə silahı da daxil olmaqla əlaqəli infrastrukturunun çox hissəsini sökməsini təkid etmişdi.

Bundan əlavə, bir nümunə olaraq, İranla bağlı hesabatda deyilir: “Tayvan yarımçıq qalmış gizli plutonium ayırma layihəsinə mülki örtük məzmunu vermişdi və tədqiqat reaktoru Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamaları altında idi. Buna baxmayaraq, ABŞ hökuməti Tayvanın nüvə silahına gedən yolunu birdəfəlik əngəlləməkdə qərarlı idi”.

Eyni şəkildə, hesabatda deyilir ki, İran hazırda “nüvə silahının faktiki yaradılmasına yönəlmiş proqramı yoxdur. Amma görünür ki, onun nüvə silahı hazırlamaq və bunu gizli və aşkar fəaliyyətlərə və obyektlərə əsaslanaraq qısa müddətdə etmək üçün proqramı var”.

“Tələb olunan” nüvə silahları

Hesabatda mahiyyət etibarı ilə də xəbərdarlıq edilib: “İran ənənəvi nüvə silahı proqramı deyil, “tələb əsasında” nüvə silahı istehsal etməyə hazır proqramla regionu və dünyanı hədələyir”.

“Bu tip proqramlar İran rejiminin maraqlarına xidmət edir”, deyə Olbrayt yazıb.

İrana getdikcə daha çox nüvə gücü kimi baxılsa da, indiyədək sərt beynəlxalq və regional cəzalardan qaça bilib... Mövcud imkanlarını nəzərə alaraq, bu yanaşma İranda rejimə qarşı daha təhlükəli təhdidlər olarsa, gizli nüvə silahını inkişaf etdirmək ehtiyacını minimuma endirməyə imkan verir”, deyə hesabatda bildirilir.

Daha sonra hesabatda İslam Respublikasını artıq əldə edilmiş hər hansı irəliləyişdən kənar, hər hansı bir nüvə qurğusu əldə etmək qərarına gəlməkdən çəkindirmək üçün konkret tövsiyələr verilib.

Olbrayt hər hansı yeni qərarları, eləcə də müxtəlif siyasi təzyiqləri, o cümlədən İranı bu xəttə çəkmək üçün qlobal sanksiyaları geri götürmək üçün diplomatik təhdidləri aşkarlaya bilən kəşfiyyat məlumatlarının toplanmasının artırılmasını təklif edib.

Bununla belə, hesabatda həmçinin qeyd olunur: “İrana tam şəkildə başa düşülməlidir ki, nüvə silahı yaratmaq beynəlxalq ictimaiyyətin kəskin və ciddi addımlarını, o cümlədən hərbi əməliyyatları tələb edəcək”.

“Hərbi güc təhlükəsi 2015-ci ildə JCPOA (Nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı) danışıqlarından sonra zəiflədi. İran ABŞ-ı güc tətbiq etmək istəməyən kimi, İsraili isə qorxulu və təsirli hücuma keçə bilməyən tərəflər kimi qəbul etməyə başladı”, deyə Olbrayt vurğulayıb.

Hesabatda bildirilir ki, bu tendensiya aşağı sürətlə də olsa, dəyişir: “İran nüvə silahı istehsal etməyə başlayarsa, və ya Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxarsa, Qərb gücləri İranın nüvə obyektlərini məhv etmək üçün hücum xarakterli hərbi seçimlərə ciddi yanaşmalıdır”.

Fikrini daha dəqiq ifadə edə bilmək üçün Olbrayt vurğulayıb: “Prezident Co Baydenin İranın nüvə silahı istehsalını dayandırmaq üçün hərbi gücdən son çarə kimi istifadə oluna biləcəyi barədə bəyanatı faydalı ilk addımdır, Birləşmiş Ştatlar və İsrailin İrana zərbə imitasiya edən son təlimi də vacibdir”.

Bundan başqa, hesabatda deyilir: “İranın nüvə silahı yaratmaq üçün hərəkətə keçməsinə dair əlamətlər olarsa, İsrailin qısa müddətdə İranın nüvə obyektlərinə qətiyyətlə zərbə endirməsini təmin etmək üçün ABŞ İsraillə hərbi əməkdaşlığı gücləndirilməlidir”.

Tərcümə PİA.az-a aiddir

Orijinal

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar