Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ-a qarşı hücumlarını artırır - Tehran hökuməti Baydenin zəif olduğunu düşünür...

Tramp 4 illik hakimiyyəti dövründə İran ali rəhbərinə qarşı ən sərt və zərərli sanksiyaları tətbiq etmişdi. Bu gün Bayden eyni siyasəti davam etdirə biləcəkmi?..

Abdurrahman Raşid
“Şarkul Avsat” qəzeti, 17 fevral 2021-ci il

Vəzifəyə başlamasından bu yana 8 həftədən az müddətdə müxtəlif cəbhələrə hücumlar edən Baydenin qətiyyətini İran dövləti dəfələrlə sınayıb. İranın Yəməndəki vəkili olan husilərdən minlərlə əsgər əhalinin sıx olduğu Marib şəhərinə üz tutaraq şəhəri təhdid edib. İran milislərinin Bəsrə və Bağdadda və son olaraq da Ərbil və Şimali İraqın Kürdüstan bölgəsinə atdıqları onlarla raket ABŞ müəssisələrində itki və yaralanmalara səbəb olub. İranın ən böyük rəqiblərindən biri olan Lokman Səlim Beyrutda öldürülüb və cəsədi yol kənarına atılıb.

Bütün bunların arxasında Yəməndəki “Ənsarullah”, İraqdakı “Seraya Övliya əd-Dəm”, Livandakı “Hizbullah” kimi özünə bağlı milis qruplarından istifadə edən və rolunu tamamilə inkar etməyən İran hökuməti var.

Xamenei, Tehranda oturub ölkələrarası əməliyyatlar aparan oğlu Müctəba və İran İnqilab Keşikçiləri yeni prezidentin zəif olduğunu və keçmiş prezident Donald Trampa bənzəmədiyini düşünür. Adminstrasiya üçün bir sınaq olan bu hücumlara qarşı Vaşinqton bu günə qədər qınamaqdan başqa heç bir cavab verməyib.

Əslində bu durum hər iki tərəfdən də gözlənilən bir başlanğıc idi. Yəni İran təxribatlar edərkən ABŞ-ın reaksiya verməməsi gözlənilən idi. Bundan əvvəl Tramp adminstrasiyası da oxşar vəziyyətlərə göz yummuş, hücumlara məruz qaldıqdan və türklərə, iranlılara yalan mesajlar göndərdikdən sonra qüvvələrini Suriyadan çıxaracağını bildirmişdi. Ancaq qısa bir müddətdən sonra Tramp strategiyasını dəyişdirdi, qüvvələrini geri çəkmədi, ruslarla üz-üzə qaldı və iqtisadi sanksiyaları artırdı.

Mövcud ABŞ administrasiyası isə İranla nüvə anlaşması danışıqlarını canlandırmaq, Yəmənlə danışıqlar aparmaq və Bağdaddakı rejimin çökməsinin qarşısını almaq istəyirsə, gücünü göstərmədən bunların heç birinə nail ola bilməz.

Karterdən Trampa qədər 7 ABŞ prezidenti İranla olan böhranları müxtəlif yollarla idarə etməyə çalışıb, lakin onu yalnız təzyiqlə özünə tabe edə bilib. Reyqan Tehrana bir İncil, tort və İsrail silahı hədiyyə etmək istəmiş, lakin Tehran Livandakı agentlərinin arxasında gizlənərək amerikalı professorları, keşişləri və diplomatları qaçırıb öldürmüşdü. Həmçinin, Beyrutdakı dəniz piyadalarının baraklarına bomba hücumu təşkil etmişdi. Digər tərəfdən, Səddam Hüseynin Küveytə hücumundan sonra ata Corc Buş İranla yeni dönəm yaratmağa çalışdı, lakin bu cəhdin nəticəsi də eyni oldu: Körfəzdəki ABŞ gəmilərinə qarşı zorakılıq və təhdidlər edildi.

Klinton İranla üz-üzə gəlməkdən çəkinirdi, lakin onun zamanında da Tehran rahat oturmadı və Səudiyyə Ərəbistanının Hubar şəhərində ABŞ qüvvələrinin bir binasını uçurdu və bölgədə zorakılıq yaymağa davam etdi. Sonuncu Buş hakimiyyətə gəldikdə də ortaq düşmənləri olan Səddamı birlikdə yıxmaq üçün ona İraqda iş birliyi qurmağı təklif etdi. Lakin İran əl-Qaidə, İŞİD və Sünni İraq müqaviməti kimi fərqli adlar altında ABŞ qüvvələrini hədəf alan terror hücumlarını dəstəklədi.

Obama hakimiyyəti ələ aldıqda isə tamamilə fərqli və yanlış bir üsul tətbiq etdi. İranSuriya rejimi minlərlə etirazçıya qarşı kimyəvi silahdan istifadə etdikdə Obama bunun qırmızı xətt olduğunu elan etdi və bunun ardınca İranla kimyəvi silahla başlayıb, nüvə silahı vədi ilə bitən gizli danışıqlar apardı. Obama İranın demək olar ki, bütün istəklərini yerinə yetirdi: sanksiyaları dayandırdı və avropalılarla münasibətlərini normallaşdırmasına imkan verdi. İsveçrədən təyyarə ilə 100 milyard dollardan çox nağd pul göndərdi. Hətta İran rəsmilərinin uşaqlarının ABŞ-da yaşamasına və işləməsinə icazə verdi. Həmin vaxt isə müxtəlif ölkələrdən olan 100.000 yaraqlı Suriyada Qasım Süleymaninin komandanlığı altında döyüşürdü. Onlar əksəriyyəti mülki vətəndaşlar olan yarım milyondan çox suriyalını öldürdülər. İranlılar husi vəkillərinin tüfəngləri ilə Yəmənin paytaxtını ələ keçirir və Livanda Hizbullahın hakimiyyət üzərindəki hegemoniyası daha da artırdı.

Obamanın son günlərində Xamenei vəzifəsi bitmək üzrə olan prezidenti qəsdən alçaltmaq istədi. Amerikanın bir döyüş gəmisini qaçıraraq girov götürülməsi zamanı diz çökən dənizçilərin görüntülərini bütün dünyaya yaydı. Obamadan sonra da bu rejimi cəzalandıracağına söz verən Tramp hakimiyyətə gəldi. O, 4 illik rəhbərliyi dövründə ali rəhbərə qarşı ən sərt və zərərli sanksiyaları tətbiq etdi, ancaq onun da vəzifə müddəti böhran bitmədən sona çatdı.

Tramp dövründə səhvsiz şəkildə tətbiq edilən sanksiyalar indi Bayden üçün ən yaxşı hədiyyədir. Tehrandakı sanksiyaları artırmaq və radikallara təzyiq göstərməklə onları ya danışıqlar aparmaq, ya da rejimlərinin çökməsi riski ilə üzləşdirə bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran ABŞ Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar