Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadiyyat Nazirliyi: Toylarda karantin qaydalarının pozulması halları azalır

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə gündəlik nəzarət tədbirləri çərçivəsində bu cür mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1 400-ə yaxın obyektdə monitorinq aparılıb.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, indiyədək keçirilən monitorinqlərin nəticələrinə əsasən 167 minə yaxın toy iştirakçısının sənədləri yoxlanılıb, 18 mindən artıq pozuntu halları aşkarlanıb. Şənlik təşkil edilən məkanların işçi heyətinin 750 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinqlər göstərir ki, karantin qaydalarının pozulması hallarında azalma meyilləri müşahidə olunur. Belə ki, əksər şadlıq evlərində qayda və tələblərinə əməl edilir, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır.

Bununla belə, monitorinqlər zamanı bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq qəbul etmək üçün sifariş qəbulu, məkan sahiblərinin şənlik mərasimlərini müvafiq "icaze.e-gov.az" portalında qeydə salmadan təşkil etməsi, portalda olunduğundan artıq sayda qonaqların dəvət edilməsi, yaxud qonaqların müxtəlif yollarla zallara girişinə şərait yaradılması, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərə malik olmaması daha çox rast gəlinən pozuntulardır.

Maarifləndirmə tədbirləri başlayandan indiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 167 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 18 minə yaxın qonağın sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 750 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinqlər zamanı məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edilir.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, bu tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar