Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İqor Tenetko: “Makron siyasətçi deyil. O, erməni tələsinə düşüb”

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Fransaya səfəri zamanı rəsmi Paris növbəti dəfə İrəvanı dəstəklədiyini nümayiş etdirdi. Hərçənd bu dəstək quru sözdən o tərəfə keçmir.

Peşəkar Siyasi Məsləhətçilər Assosiasiyasının vitse-prezidenti İqor Tenetko Caliber.Az üçün Fransanın bölgə siyasətini şərh edib.

O, bildirib ki, Makron növbəti dəfə çox narahat bir siyasi vəziyətə, bir növ tələyə düşüb.

“Makron bir növ tələyə düşüb. Belə ki, 2022-ci ilin aprelində keçiriləcək prezident seçkilərinə çox az vaxt qalıb. Fransanın Qafqazdakı varlığını necə təmin edə biləcəyi mənim üçün tamamilə aydın deyil. Məsələn, əgər söhbət “mavi dəbilqə”lərdən gedirsə, bu, kollektiv beynəlxalq xarakterli çox uzun bir prosedurdur. Fransanın Azərbaycana birbaşa hərbi və ya siyasi təsiri yoxdur. Bakı kimi, ATƏT-in Minsk qrupunun iki həmsədri - Fransa və ABŞ-ın simasında Qərbin aktivləşməsində maraqlı olmayan Moskvanın mövqeyini də nəzərə almaq lazımdır. Ancaq prezident Makron Nikol Paşinyana heç olmasa şifahi dəstək verməkdən imtina edə bilməz, çünki erməni lobbisi Fransada böyük siyasi təsir gücünə malikdir. Seçkiqabağı Fransa prezidentinin onların dəstəyinə ehtiyacı var”, - deyə siyasi ekspert bildirib.

Bununla yanaşı, o, Fransanın heç vaxt rəsmi Bakı ilə birbaşa qarşıdurmaya getməyəcəyini də qeyd edib.

Azərbaycanda və Türkiyədə də Fransa prezidentinin timsalında niyə Ermənistana bu cür dəstəyin olduğunu anlamalıdırlar. Yenə də Fransa nə edə bilər ki? Əlbəttə, Fransa güclü və müstəqil bir dövlətdir, NATO üzvüdür. Paris operativ hərbi qüvvələrini - “Xarici Legion” və digər birliklərini dünyanın istənilən yerinə sürətli bir şəkildə göndərə bilər. Ancaq bunun üçün BMT-nin müvafiq səlahiyyətlərinə və ya Ermənistanın rəsmi tələbinə ehtiyacı var. Bununla belə, Fransa Azərbaycanla birbaşa hərbi qarşıdurmaya gedəcəkmi? Əminəm ki, xeyr. Heç kim buna getməz. Paris BMT Təhlükəsizlik Şurasının kollektiv dəstəyini ala bilərmi? Bu da çətin məsələdir.

Deməli, “qoyunların təhlükəsizliyi və canavarların toxluğu” üçün lazım olan diplomatik ritorika qalacaq. Prezident Emmanuel Makronun özü də son vaxtlar fransız elitasının dəstəyini itirir. O, siyasətçi deyil, amma dərhal belə bir güclü dövlətin başçısı oldu. Bəlkə də bu, Fransız siyasi elitasının səhvi idi”, - deyə İ.Tenetko əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rəşad Mahmudov Eldəniz Səlimov barədə: "...sizi tanıdığıma çox şadam"

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Türkiyədə meşələri PKK ilə əlaqəli marksist kürd terrorçuları yandırıb

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Zülfüqarovdan Jirinovskiyə reaksiya: "Klounu iqnor etmk lazımdır"

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Türkiyənin daha bir bölgəsində də yanğın başladı

Ən çox oxunanalar