Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İordaniyalı futbolçu "Qəbələ"nin düşərgəsini tərk edib

Mövsümün ikinci yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan “Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi yığmanın toplanışına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb.

İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular komandaya sonradan qoşulub.

Asiya Kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək.

Bu matçdan sonra geri qayıdacaq Hani yanvarın 29-da “Qəbələ”nin düşərgəsinə qatılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar