Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntim videoları yayılan polkovnik saxlanıldı: Rütbəsi geri alındı – Yenilənib

İntim görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.

Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə dövlət qurumunda etik davranış qaydalarını və prinsiplərini kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib.

Artıq Zaur Mirzəyevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.

16.08.2022

Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Məlumata görə, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb.

Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.

Qeyd: Bir neçə gün öncə Zaur Mirzəyevin FHN-in inzibati binasında, xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə intim görüntüləri yayılıb.

FHN məsələyə rəsmi reaksiya verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Neftçalada şəhid dəfnində İran təxribatı - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

8 milyonluq mənimsəmə - Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb - Fotolar

İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxdı

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Prezident və birinci xanım Füzuliyə səfər edib - Fotolar, Yenilənib

Ən çox oxunanalar