Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborant kimi çalışan Aynur Əsədlinin intihara cəhd etməsi ilə bağlı məsələyə münasibət bildirib.

İnstitutdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək vəzifəsini icra etmədiyinə görə Aynur Əsədlidən izahat istənilib:

“Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib”.

Qeyd edək ki, unikal.org-un yaydığı məlumata görə, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.

İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl də Aynur Əsədlinin narazılığı barədə mediada məlumatlar yayılmışdı.

***

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib.

PİA.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.

İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib. Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bir müddət öncə Aynur Əsədlini məhkəməyə verib. Məhkəmə çəkişməsinə səbəb A.Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.

Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

ABŞ-ın Türkiyəni mühasirə almaq layihəsinə vurulan zərbə...

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Helikopter qəzasında həlak olan hərbçilərdən üçü Şəhidlər xiyabanında dəfn edilmədi

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay