Bazar ertəsi, 28 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanların sağlamlığı həmişə ölkə Prezidentinin əsas vəzifələrindən biri olub

YAP Nəsimi rayon Gənclər birliyinin üzvü Aygül Orucova yazır...

Bildiyiniz kimi vətəndaşlarımızın sağlamlığının qorunması, maddi rifahının yaxşılaşdırılması və digər problemlərinin həlli daim Azərbaycan dövlətinin və ölkə Prezidenti cənab İlham Əliyevin əsas vəzifələrindən biri olmuşdur. Son illər əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan vətəndaşının xoşbəxt həyat tərzi üçün edilməli olan dövlət siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dünyanı bürüyən Korona virus (covid 19) pandemiyasının tuğyan etdiyi bu təlatümlü günlərdə də bir daha sübut olundu ki, xalqımızın sağlamlığının qorunması dövlət siyasətimizin ana xəttini təşkil edir.

Əhalinin sağlamlığının qorunması üçün görülməsi vacib olan məsələlərin operativ həlli və görülən işlər barədə mütəmadi olaraq vətəndaşlara obyektiv və şəffaf məlumatların verilməsi məqsədi ilə yaradılmış operativ qərargahın işlərini xüsusi qeyd etməyə dəyər. Bütün bunlarla yanaşı xüsusi karantin rejminin elan olunması karantin tələblərinə əməl olunması üçün atılan ciddi addımlar əhaliyə dövlət tərəfindən müavinətlərin ödənilməsi, sosial qayğiya ehtiyacı olan ailələrə yardımların göstərilməsi və s. işlər xususi qeyd olunmalıdır. Görülən işlərin nəticəsidir li, Ümumdünya Səhiyyə Təşkilatı Respublikamızda atılan addımları yüksək dəyərləndirərək digər dövlətlərə nümunə kimi göstərmişdir.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, virusa yoluxan bütün xəstələr tibbi müəssisələrə yerləşdirilir. Əhalinin tibbi müəssisələrə yerləşdirilməsi üçün 10 ədəd modul tipli xəstəxananın tikilməsi nəzərdə tutulmuşdur. Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ikisi Bakı şəhərində, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda olmaqla 4 modul tipli xəstəxana tikilərək istifadayə verilmişdir.

Xəstəxanaların açılışlarında cənab Prezident bildirmişdir ki, yaxın günlərdə daha 6 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulmuşdur. Bütün görülən işləri müsbət qiymətləndirərək cənab Prezident bildirmişdir ki, “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir”. Bu sözlər dövlətimizin və ölkə Prezidentinin Azərbaycan vətəndaşlarının sağlamlığı üçün atdığı addımların bariz nümunəsidir.

Digər inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bütün bunlar isə onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında kı, birlik dövlətə və ölkə Prezidentinə inam olan yerdə daim müsbət nəticələr olur. İnanırıq ki, qarşılıqlı inam nəticəsində biz bu təlatümlü günləri arxada qoyacaq, ölkəmizin tərəqqisi üçün birgə addımlayacağıq.

pia.az






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun övladlarının inanılmaz sərvəti – Xaricdəki bahalı mülklər...

Lukaşenkonun səhhəti pisləşib və onun iş qabiliyyətini itirməsi belə istisna olunmur...

Azərbaycanda nazirin həbsi ilə bağlı maraqlı faktlar...

Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia

“Yüksək səviyyəli məmurların da həbsi gözlənilir” - Partiya sədri

Vüqar Əliyev AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

İrandan “Bakıya Xəzərdən hücum” mesajı: nə baş verəcək?

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri həbs edilib

Dünyada kərə yağı kəskin ucuzlaşıb – Son qiymət

Baba Vanqanın 2022-ci il kəhanəti gerçəkləşdi - Video 

Ədliyyə Nazirliyinin Aparatının strukturu dəyişib

Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndəriliblər - Foto

Ən çox oxunanalar