Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnformatika fənni qəbul imtahanına salınacaq - Tədrisində ciddi problemlər var - Video

2023-2024-cü il ali məktəblərə qəbul imtahanlarında 1-ci ixisas qrupuna informatika fənni də daxil ediləcək. Belə ki, bu qrupdakı bəzi ixtisasları seçmək istəyən abituriyentlər kimya fənninin əvəzinə informatikadan biliklərini sınayacaqlar. Həmin ixtisaslar isə informasiya təhlükəsizliyi, kompyüter elmləri və kompyüter mühəndisliyi istiqamətləri ilə bağlıdır.

PİA.az Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarına daxil edilsə də, orta ümumtəhsil  məktəblərində informatika fənninin tədrisində ciddi problemlər var. Söhbət həm maddi-texniki baza, həm də müəllimlərin hazırlıq səviyyəsindən gedir.

Kamran Əsədovun sözlərinə görə , beynəlxalq olimpiadalarda bu fənn üzrə uğur əldə edən şagirdlərin də bir çoxu xüsusi lisey və gimnaziyaların yetirmələridirlər.  Ekspert problemin xüsusilə bölgələrdə daha çox yaşandığını bildirir. 

Kamran Əsədovun fikrincə, problemlərdən biri də sözügedən fənn üzrə dərs saatlarının az olmasıdır. Ekspert yaxın 5 il ərzində bu fənnin digər qruplar üzrə qəbul imtahanlarına salınmasını mümkün hesab etmir. Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, İnformatika fənninin qəbul imtahanına  daxil olunması ilə bağlı işlər aparılır və porses yekunlaşdıqdan sonra  icitmaiyyətə ətraflı məlumat veriləcək. 

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar