Cümə axşamı, 29 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“İndi anlayıram ki, irəliləyib doğru addımlar atdıqca söyüləcəksən” - Erkin Qədirli

“Mənim feysbuka qayıtmaq niyyətim yoxdur və səhifəmi birdəfəlik silmişəm”.

PİA.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, hazırda Strasburqda səfərdə olan Erkin Qədirli jurnalist Emin Millinin “Daha yaxşı” verilişində qonaq olarkən deyib.

O qeyd edib ki, feysbuka qayıtmaq üçün yenidən profil açmalı, sıfırdan başlamalıdır: “Mənim də elə bir həvəsim yoxdur. Seçicilərim mənimlə adıma açılan deputat saytı, email ünvanı, köməkçim vasitəsilə əlaqə yarada bilirlər. Məni tapmaq çox asandır”.

Deputat həmçinin onun fəaliyyətini sevməyənlərə də cavab verib: "Siyasətçini kimsə niyə sevməlidir ki? Siyasətçi ağrılı qərarlar verir, onla razılaşanlar, razılaşmayanlar olar. Mən artıq buna alışmışam. Əvvəllər isə bu mənə ağır gəlirdi. İndi anlayıram ki, bu işin qaydası budur. Sən irəlilədikcə, doğru addımlar atdıqca söyüləcəksən. Bu sahədə nə etsən də, sənlə razılaşmayanlar, nifrət edənlər olacaq. Son 1 il bunu mənə göstərdi". (Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

Ermənistan ordusunun Kəlbəcər istiqamətində ötən gecə dağıdılan postu

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

“Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır” - Xeyrəddin Qocadan vaksin açıqlaması

Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi

“Daha müxalifətçiliyə yer qalmayıb” - Flora Kərimova

“Hər küçədən keçənə cavab vermək niyyətim yoxdur”

Makron Bakıya gəlir... - Azərbaycana düşmən kimi baxan Fransa prezidentinin bu səfəri nəyə hesablanıb?

Putin Rusiya Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

Ən çox oxunanalar